Bakının mərkəzində qorxunc mənzərə: Hər an faciə baş verə bilər (VİDEO)
Yatdığın yerdə anidən başına daş parçası düşə bilər və ya döşəmədə gəzərkən özünü hər hansı bir attraksiyona minmiş kimi hiss edirsən, çünki adam otağın o biri başına yellənə-yellənə gedir. Mənzillərdə isə insanlarla yanaşı digər həşaratlar da yaşayır. Çünki bunun üçün hər şərait var. Uçan tavan, betonu tökülən pilləkən, gəzəndə yellənən döşəmələr, çatları xəritəni xatırladan divarlar və s və ilaxır. Söhbət Səbail Rayonu, Arif İsmayılov küçəsi 88/3 ünvanındakı qəzalı binadan gedir.
Binanın bayır üzü içərisindən daha şükürlü imiş. Pilləkənləri qorxa-qorxa qalxıb, mənzillərə daxil oluruq.
Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvandakı vəziyyətdən halidirlər. Əraziyə baxış keçirib, müvafiq rəyin verilməsi ilə bağlı əlaqədar qurumlara rəsmi müraciət göndəriblər.
Fövqəladə Hallar Nazirliyindən isə qeyd edilib ki, cari ilin iyun ayında onlara icra hakimiyyəti tərəfindən müvafiq rəyin verilməsinə dair müraciət daxil olub və onlar binada müayinənin aparılması üçün hazırlanmış müqaviləni elə iyun ayında imzalanması üçün Səbail Rayon İcra Hakimiyyətinə göndəriblər. Lakin bu günə kimi müqavilə imzalanaraq geri qaytarılmayıb.
Bu müqavilə imzalanmadan isə onların müayinə aparmağa ixtiyarı yoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay