Mənzil almaq istəyənlərin nəzərinə: Bunlara diqqət edin, yoxsa...
Qızınmadıq istisinə, kor olduq tüstüsünə. Bu misalı Abşeron rayonu Masazır kəndi ərazisindəki yeni binadan mənzil alanlara şamil etmək olar. Bir ətək pul töküb yeni binadan mənzil alan sakinlər problemlərin əlindən ev-eşiklərində rahat otura bilmirlər. Binaya gələn yol bərbad vəziyyətdədir, elektrik enerjisi və su tez-tez kəsilir, üstəlik sakinlərə mənzillərin çıxarışı da verilmir. Bəs 300 -dən çox ailənin problemləri nə vaxt həll olunacaq?
Masazırda Yeni binada yaşayan 300-dən çox ailə, problemlər məngənəsində boğulur. Sakinlər binaya olan borclarını tam ödəsələrdə, ancaq onlar komunal xidmətlərlə bağlı çətinliklə üzləşirlər.
Binada tez tez işıqlar sönür, sular kəsilir. Ayda bir dəfə "Viktoriya MTK" rəhbərliyi dəyişdiyindən sakinlər şikayətlərini hara ünvanlayacaqlarını bilmirlər. Sakinlər deyirlər ki, onlar binaya köçəndə verilən vəd özünü doğrultmayıb. Hazırda binada iki şəhid ailəsi də yaşayır. Bina illərdir istifadə olunsa da ancaq təhvil verilmədiyinə görə, sakinlər evlərinə çıxarış da ala bilmirlər.
Sakinlərin sözlərinə görə, 2013-cü ildən tikilən binaya gələn yol bərbad vəziyyətdədir.
Mövcud problemlə bağlı MTK rəhbərliyinin oturduğu ofisə yaxınlaşıb, sullarımıza cavab almaq istədik.
Qeyd edək ki, hər bir tikinti şirkəti öz alıcıları ilə bağladığı müqaviləyə görə onlar qarşısında üzrinə öhdəlik götürür. Bu öhdəliklərdən biri də binanın layihə üzrə tikintisini həyata keçirmək, tikinti başa çatdıqdan sonra lazimi sənədlərini hazırlayaraq aidiyyatı təşkilatlara təqdim etmək və binalara "İstismara İcazə Aktı" almaqdır.
Abşeron Rayon İcra Hakimiyyətindən Xəzər Xəbərə bildirildi ki, rayonun Masazır kəndi ərazisində "Viktoriya" MTK tərəfindən inşa edilən binalara "İstismara İcazə Aktı" verilməyib. Qeyd olunub ki, vətəndaşlar şirkət rəhbərliyindən öz öhdəliklərini yerinə yetirməyi tələb etməlidir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Abşeron RİH-i olaraq sakinlərə lazimi hüquqi yardımları da göstərə bilərik-deyə açıqlamada bildirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay