BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
44483

17 mart tarixindən etibarən həftəsonları Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bununla bağlı  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək. Açıqlamada bildirilib ki,  nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir. Bakı şəhərinin mərkəzi hər zaman sakinlərin və qonaqların ən sıx ziyarət etdikləri məkandır. Həftəsonları isə piyadaların sayı dəfələrlə artır. Ərazidə böyük piyada axınının müşahidə edilməsi burada təhlükəsiz istirahət zonasının yaradılmasını zəruri edib. 

Mərkəzi küçələrlə bağlı verilən bu qərarla həmin əraziyə yaxın digər küçələrdə avtomobilin sıxlığı arta bilər?

Bununla bağlı Valyuta.az-ın suallarına cavab verən nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, bu küçələrdə tətbiq olunan məhdudiyyət yalnız orda fəaliyyət göstərən və yol hərəkət iştirakçısı olan piyadaların tam rahat, təhlükəsiz hərəkət etməyinə səbəb olacaq. Bu qərarın tək müsbət cəhəti budur:

“Bundan əlavə bu qərarla bağlı bir neçə variant var. Əslində orda doğru vurğulanır ki, bu küçələrdən parklanma üçün istifadə olunur. O küçələrin ətrafda istəyən insanlar, taksi fəaliyyəti ilə məşğul olan şəxslər, yəni, həmin əraizlərdə parklanma edən şəxslər avtomatik olaraq başqa küçələrə yönələcək”. 

Bu küçələrə tətbiq olunan məhdudiyyətin ətraf küçələrdə nəqliyyatın hərəkətinə də təsirləri haqqında danışan ekspert deyib ki, bu küçələrə tətbiq edilən məhdudiyyət digər alternativ küçələrə təsirsiz keçməyəcək:

“Həmin küçələrdə mütləq yüklənmələr baş verəcək. Bu ərazidə işləyənlər, yaşayanlar,  ora qonaq gələn şəxslər üçün digər alternativ küçələrdə parklanma üçün şərait yaradılacaq ki, bu da digər küçələrdə yüklənməyə səbəb ola bilər”. 

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin