BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
40360

Paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib.

Bu barədə Baki şəhər Mənzil Kommunal təsərrüfatı departamentinin əməkdaşı Mübariz Hüseynov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib.

Paytaxtın bütün rayonlarında keçirilən müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər.

Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazirlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.

Bildirilib ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xarici ölkələrdə pensiya yaşı neçədir?

34 minə yaxın uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb - Nazirlik rəsmisi

"Bank VTB Azərbaycan"ın Müşahidə Şurasına təyinat olub

Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Üç ayda 3 min ton çay istehsal olunub

Dünyanın ən yaxşı təhsil sisteminə malik 7 ölkə

Minimum aylıq və yaxud saatlıq əməkhaqqı sistemi: Maaşlar artacaqmı?

Bu yolda sürət həddi endirildi

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakıda 12 ildir plana düşən ərazi niyə sökülmür? (VİDEO)

Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

Bu evlərə “kupça” verilməyəcək

Avro, rubl və lirə manat qarşısında bahalaşdı - Məzənnə

İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı (VİDEO)

Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI

Azərbaycan neftinin qiyməti bahalaşıb

Şumaxerin saat kolleksiyası hərracda astronomik qiymətə satıldı

Məşhur fransız avtomobili yeni formatda buraxılacaq - FOTO

Bu gün bu ərazilərdə qaz olmayacaq

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Vulkan enerjisindən istifadə edərək 29 milyonluq "Bitcoin" hasil etdilər

Brüssel avrozonanın iqtisadi artımı ilə bağlı gözləntiləri aşağı saldı

ABŞ "Raiffeisen"i Rusiyaya görə hədələdi

Bank kartlarının sayı artır - Bu tendesiyanın səbəbi nədir?

"Google" "Gmail" xidmətini süni intellektlə təkmilləşdirdi

İki ölkə Rusiyaya yardım edən bütün şirkətlərə sanksiyalar tətbiq etməyi təklif edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin