BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
39213

Almaniyanın “Siemens” şirkətinin Avstriyadakı bölməsi "Bakı Metropoliteni" QSC-nin yenidən qurulacaq "28 May" yarımstansiyası üçün avadanlıqları ölkəmizə göndərib.

Valyuta.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, şirkətin rəhbərliyindən və texniki mütəxəssislərindən ibarət qrup Bakı metrosunda işgüzar səfərdə olublar. Son illərdə enerji sahəsində səmərəli əməkdaşlıq aparılan şirkətin təmsilçilərinin səfərində əsas məqsəd birgə layihələr əsasında istismara verilən qurğuların və avadanlıqların birgə monitorinqini keçirmək, proqram təminatını yeniləmək, həmçinin inşa edilən və yenidən qurulan obyektlərin təchizatı, eləcə də digər perspektiv planları müzakirə etmək olub.

“Siemens”lə əməkdaşlıq çərçivəsində “Nərimanov” elektrik deposunda 2 yeni, Qırmızı xətti qidalandıran bir dartıya, “İçərişəhər” və Bənövşəyi xəttin “8 Noyabr” stansiyalarında quraşdırılmış və ən müasir avadanlıqlarla təchiz edilmiş yarımstansiyalara baxış keçirilib. Şirkətin yerli nümayəndəliyinin əməkdaşlarının iştirak etdiyi görüşlərdə yarımstansiyalarda qurulmuş elektrotexniki avadanlıqların monitorinqi nəticəsində elektrik təchizatı avadanlıqlarının iş rejimi və keyfiyyəti də yoxlanılıb.

Qarşıdakı dövrdə icra olunacaq planlara əsasən, “28 May” yarımstansiyasının yenidən qurulması, tikilməkdə olan şərti adı “B-04” olan yarımstansiyanın təchizatı, proqram təminatı ətrafında texniki işlərin yekun mərhələsi üzrə işlər də diqqət mərkəzində olub.

“Bakı Metropoliteni”nin istismar üzrə baş mühəndisi Azad Mustafayevin rəhbərliyi ilə mütəxəssislər, “Siemens”in rəhbəriyinin nümayəndələri Hannes Rottvanql və Riçard Paynbauer, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Azər Quliyevlə birgə müşavirələrdə aktual məsələlər, həmçinin gələcəkdə inşası nəzərdə tutulan və ən irimiqyaslı layihələrdən biri kimi “Dərnəgül” elektrik deposunun elektrik təchizatı ətrafında tövsiyə xarakterli təcrübə və fikir mübadiləsi aparılıb.

Səmərəli əməkdaşlığın daha bir nümunəsi yaxın dövrlərdə “28 May” yarımstansiyasının yenidən qurulması olacaq. Yarımstansiyanın qurğu və avadanlıqları artıq Azərbaycana yola salınıb. Onun tam fərqli formatda qurulması nəzərdə tutulub. Bu xüsusda dövrün artan enerji tələbatı, müasir standartların tələbləri və digər texniki məsələlər xüsusi nəzərə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xarici ölkələrdə pensiya yaşı neçədir?

34 minə yaxın uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb - Nazirlik rəsmisi

"Bank VTB Azərbaycan"ın Müşahidə Şurasına təyinat olub

Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Üç ayda 3 min ton çay istehsal olunub

Dünyanın ən yaxşı təhsil sisteminə malik 7 ölkə

Minimum aylıq və yaxud saatlıq əməkhaqqı sistemi: Maaşlar artacaqmı?

Bu yolda sürət həddi endirildi

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakıda 12 ildir plana düşən ərazi niyə sökülmür? (VİDEO)

Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

Bu evlərə “kupça” verilməyəcək

Avro, rubl və lirə manat qarşısında bahalaşdı - Məzənnə

İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı (VİDEO)

Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI

Azərbaycan neftinin qiyməti bahalaşıb

Şumaxerin saat kolleksiyası hərracda astronomik qiymətə satıldı

Məşhur fransız avtomobili yeni formatda buraxılacaq - FOTO

Bu gün bu ərazilərdə qaz olmayacaq

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Vulkan enerjisindən istifadə edərək 29 milyonluq "Bitcoin" hasil etdilər

Brüssel avrozonanın iqtisadi artımı ilə bağlı gözləntiləri aşağı saldı

ABŞ "Raiffeisen"i Rusiyaya görə hədələdi

Bank kartlarının sayı artır - Bu tendesiyanın səbəbi nədir?

"Google" "Gmail" xidmətini süni intellektlə təkmilləşdirdi

İki ölkə Rusiyaya yardım edən bütün şirkətlərə sanksiyalar tətbiq etməyi təklif edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin