BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
40119

"Google"un süni intellekt texnologiyasını gücləndirmək üçün istifadə etdiyi prosessorların ABŞ-da bir kompüter aliminin patentlərini pozması iddiası ilə şirkətə qarşı yeddi milyard dollar təzminat tələb edilib.

Valyuta.az xəbər verir ki, ABŞ şirkəti "Alphabet" "Google"u süni intellekt texnologiyasını gücləndirmək üçün istifadə etdiyi prosessorların bir kompüter aliminin patentlərini pozduğunu bildirib. Massaçusetsdə yaşayan kompüter alimi Cozef Beyts tərəfindən qurulan "Singular Computing", "Google"un onun texnologiyasını kopyaladığını və "Google Search", "Gmail", "Google Translate" və digər xidmətlərində süni intellekt xüsusiyyətlərini gücləndirmək üçün istifadə etdiyini irəli sürüb.

"Reuters"in məlumatına görə, "Google" tərəfindən məhkəməyə təqdim edilən sənəddə "Singular Computing"in yeddi milyard dollara qədər maddi təzminat tələb etdiyi və bu rəqəmin ABŞ tarixində patent hüquqları pozuntusuna görə verilən ən böyük mükafatdan iki dəfə çox olduğu bildirilib.

Şirkətin sözçüsü Xose Kastaneda "Singular Computing"in patentlərini "şübhəli" adlandırıb və bildirib ki, "Google" öz prosessorlarını uzun illər ərzində müstəqil şəkildə inkişaf etdirib. Məhkəmənin iki-üç həftə davam edəcəyi gözlənilir.

"Singular Computing"in 2019-cu il tarixli şikayətində Beytsin 2010-2014-cü illər arasında kompüter emalı sahəsindəki yeniliklərini "Google"la paylaşdığı bildirilir. Şirkət texnologiya nəhənginin süni intellekt imkanlarını inkişaf etdirən "Google"a aid olan "Tensor Processing Units"in Beytsin texnologiyasını kopyaladığını və iki dəfə patent hüquqlarını pozduğunu söyləyib.

Şirkətin şikayətində "Google"un Beytsin kəşf etdiyi, daha çox emal gücü olan, süni intellekt təlimi və nəticə çıxarma üsulunu dəyişdirən bir arxitekturadan yararlandığı bildirilib. "Google" 2016-cı ildə nitqin tanınması, məzmunun yaradılması, reklam tövsiyəsi və digər funksiyalar üçün istifadə olunan süni intellekti gücləndirmək üçün emal bölmələrini təqdim etmişdi. "Singular Computing", 2017 və 2018-ci illərdə təqdim edilən vahidlərin iki və üçüncü versiyalarının onun patent hüquqlarını pozduğunu söylədi.

Texnologiya nəhəngi dekabr ayında məhkəmədə onun prosessorlarının "Singular Computing"in patentləşdirilmiş texnologiyasından fərqli şəkildə işlədiyini və patentlərin etibarsız olduğunu irəli sürüb.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşğulluq üçün verilən əmlakın satışı - Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA

62 ildən sonrakı söküntüdən - Video

62 ildən sonrakı söküntüdən - Video

Azəbaycanla bu ölkə arasında ixtisas diplomları qarşılıqlı tanınacaq

Davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb

“Özbəkneftqaz” “Şahdəniz” layihəsinə daxil ola bilər

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Parlamentin növbəti iclası mayın 24-də keçiriləcək

Bu qurumun işçilərinə konpensasiya veriləcək

Azərbaycan beynəlxalq təşkilata 1,7 milyon manat üzvlük haqqı ödəyəcək

Bakı aeroportuna işləyən avtobusların intervalı azaldıldı

Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Azərbaycanda xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq

COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib

Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir

Bu tarixdən bazarda UCUZLAŞMA OLACAQ - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

Xaricdən aldığımız buğdanın qiyməti ucuzlaşıb – Rəqəmlərdə azalma

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq

Gələn ay Bakı Enerji Forumu keçiriləcək

“Bakı Kristal Zalı”na yeni direktor təyin edildi

Xaricdən 40 min ton artıq gübrə almışıq – Qiyməti kəskin ucuzlaşıb

Mərkəzi Bankın yoxlaması ilə "PSG Finans"ın rəhbər şəxsi 50 min cərimələnib

Təyyarə pilotları niyə ayrı yeməklərlə qidalanırlar?

“Finca Azerbaijan” 20 min manat cərimələnib

İclasa gecikən işçi ilə rəhbərlik necə davranmalıdır?

Bakıda “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

Teymur Musayev Talışinskiyə vəzifə verdi

Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi – Rəqəmlər

Sosial mediadan istifadə iş həyatına necə təsir edir?

Sosial mediadan istifadə iş həyatına necə təsir edir?

Ukraynanın 2050-ci ilədək ödəyəcəyi borcun məbləği açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin