İKT
07.12.2023 / 12:03
Reuters: Aİ süni intellekt qaydalarına dair razılığa gəldi
38096
Aİ ölkələri və Avropa Parlamenti ChatGPT chatbot da daxil olmaqla süni intellekt (Sİ) sistemlərini tənzimləyən qaydalar barədə razılığa gəliblər.
Valyuta.az xəbər verir ki, bu barədə Reuters danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ölkələr biometrik nəzarətdə süni intellektin gücündən milli təhlükəsizlik, müdafiə, eləcə də hərbi məqsədlər üçün istifadə etmək istəyir.
Reuters qeyd edir ki, Aİ-yə üzv dövlətlərin hökumətləri 10 saatlıq müzakirələrdən sonra biometrik məlumatlara nəzarətin həyata keçirilməsinə qarşı çıxan qanunvericilərin dəstəyini qazanmaq üçün güzəştə gediblər.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay