BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
34418

rbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya şəbəkələrinin qurulması və xidmətlərin, o cümlədən telefon, internet və s. təşkili və göstərilməsidir.

Valyuta.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq “Aztelekom” MMC-dən məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuş bütün ərazilərə 1100 km magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib.

Hazırda “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşı olan “Aztelekom” bu prosesi sürətli şəkildə davam etdirir. Paralel olaraq, hazırda işğaldan azad edilmiş və bərpa işlərinə başlanan şəhər və kəndlərdə, o cümlədən Şuşada, Ağdamda, Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində, Laçın rayonunda, Füzuli rayonunda fəaliyyət göstərən qurumlara və artıq məskunlaşan əhaliyə mövcud olan texniki imkanlara və tələbata uyğun olaraq telefon və internet xidmətləri göstərilir.

Hazırda işğaldan azad olunan bütün şəhər və rayonlarda telekommunikasiya xidmətlərinin bərpası istiqamətində layihələndirmə, texniki şərtlərin hazırlanması, fiber-optik kabellərin çəkilməsi, GPON şəbəkəsinin tətbiqi işləri planlı şəkildə həyata keçirilir. Əhalinin məskunlaşma proqramına uyğun olaraq, bərpa edilən bütün yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin ediləcək.

Qarabağ iqtisadi rayonunun rabitə xidmətləri ilə tam təmin olunması üçün tələbata uyğun olaraq müvafiq həcmdə investisiya ayrılır.

Hazırda icrası davam etdirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində bütün ölkə ərazisində informasiyanın sürətli, keyfiyyətli və dayanıqlı verilməsini mümkün edən yeni nəsil texnoloji avadanlıqlardan istifadə edilir. Telekommunikasiya şəbəkəsi əsasən müasir standartlara cavab verən fiber-optik rabitə xətlərinin üzərindən GPON texnologiyası ilə qurulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Rusiya və Çin Dəmir Yolları əməkdaşlıq müqaviləsi imzaladı – Detallar

Azərbaycan əhalisinin sayı açıqlanıb

Dünyada ən çox satılan 6 kitab

Sabah yağış intensivləşəcək

Azərbaycanda dollara tələb 2,4 dəfə azalıb

Azərbaycanda dollara tələb 2,4 dəfə azalıb

“TBC Kredit”də geriləmə - mənfəəti 18 % azalıb

Tural Pirverdiyev: Son iki ildə internetin sürəti 92% artıb

Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək

Bu il Azərbaycan təbii qaz ixracını 18 %-dən çox artırıb

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Azərbaycanda aprel ayı üzrə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

Aynur Sabitova yeni vəzifəyə təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinatlar olub

Rabitəbankın Müşahidə Şurasında yeni təyinatlar olub

Xarici ölkələrdə pensiya yaşı neçədir?

34 minə yaxın uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb - Nazirlik rəsmisi

"Bank VTB Azərbaycan"ın Müşahidə Şurasına təyinat olub

Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Üç ayda 3 min ton çay istehsal olunub

Dünyanın ən yaxşı təhsil sisteminə malik 7 ölkə

Minimum aylıq və yaxud saatlıq əməkhaqqı sistemi: Maaşlar artacaqmı?

Bu yolda sürət həddi endirildi

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakıda 12 ildir plana düşən ərazi niyə sökülmür? (VİDEO)

Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

Bu evlərə “kupça” verilməyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin