BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8397
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1407
33020

Texnologiya hər an inkişaf edir. Bu inkişafın bəzi sahələrdə iş yerlərinin azalmasına səbəb olub və olmaqda davam edəcəyi bildirilir. Hətta belə fikirlər də var ki, bəzi peşə sahiblərinə ehtiyac qalmayacaq. Bu, nə dərəcə doğrudur?

İT mütəxəsisi Elvin Abbasov Valyuta.az-a açıqlamasında bildirdi ki, texnologiyanın inkişafı bütün sahələri əhatə edir: “4-cü Sənaye İnqilabından sonra avtomatlaşdırma tətbiq edən fabrikdə çalışan işçilərin sayı azalıb, çünki fabriklərdə artıq proseslər avtomatlaşdırma ilə aparılır. Əslində avtomatlaşdırma demək olar ki, bütün sahələrdə - sənayenin bütün istiqamətlərində, həmçinin digər - meteorologiya, tibb, səhiyyə, kənd təsərrüfatında avtomatlaşdırma tətbiq edilir".

Müsahib düşünür ki, avtomatlaşdırma olsa da, insan faktorunu sıfıra endirmək olmaz: “Azalan əməkdaşların yerinə daha kvalifikasiyalı kadrlar gələcək. Yəni, avtomatlaşma, robotlaşma getdikcə, bu sahədəki insanların da bilikləri iş prosesindəki robotları, avadanlıqları idarə edəcək səviyyəyə yüksəlir. Rəqəmsallaşma genişləndikcə, insanların bu istiqamətdə biliyi daha da artmalıdır ki, o, rəqəmsallığı idarə edə bilsin. Həmçinin, bu zaman insan prosesdən tam kənarlaşmır. İnsan prosesin üst səviyyədə içində olur. Yəni, texniki səviyyədə yox, idarəedici səviyyədə içindədir. Demək olar ki, peşələrin hər birində rəqəmsallaşma gedəcək, amma hər birində də insan amilinə ehtiyac olacaq. İnsan bu prosesdən tam deyil, müəyyən qədər çıxacaq”.

Ekspert qeyd etdi ki, bu proses təkcə istehsal yox, həmçinin xidmət sahəsinə də aiddir: “Xaricdə bəzi dövlət qurumlarında xidmət prosesinin demək olar ki, tam avtomatlaşdığının şahidi oluruq. Hətta Estoniyada dövlət qurumlarının xidmətlərinin 99 faizi avtomatlaşıb. Ümumiyyətlə, rəqəmsallaşma, süni intellektlə idarəetmə, avtomatlaşma hamısı bir konsepsiya əsasında fəaliyyət göstərir. Əsasən dövlət qanunları ilə, müəyyən normativlərlə fəaliyyət göstərən peşələri süni intellekt daha asan əvəz edə bilir. Bundan əlavə, süni intellekt yaradıcı, öyrədici, təhsil sahələrində də rol oynaya bilir”.

E.Abbasovun fikrincə, rəqəmsallaşma, avtomatlaşma bir çox sahədə prosesləri şəffaflaşdıracaq: "İnsan xətaları azalacaq, məhsuldarlıq artacaq. Kənd təsərrüfatında belə əkin traktorları artıq insansız fəaliyyət göstərməyə başlayıb. Traktorlar özləri torpağı koordinasiyalı şəkildə şumlayırlar, əkirlər, məhsulu yığırlar və s. Demək olar ki, bütün sahələrdə insan faktoru azalacaq, süni intellekt, rəqəmsallaşma, avtomatlaşma faktoru artacaq”.

İT məsələləri üzrə ekpert Elvin Həsənov deyir ki, müəyyən sahələrin artıq süni intellektin təsirinə məruz qalacağı məlumdur: "İnkişaf və təkmilləşmənin nəticəsidir ki, süni intellekt ərsəyə gəlib. Bu faktoru yaddan çıxartmaq olmaz ki, süni intellektin özünü də insan yaradıb. Yəni onun da inkişafında insan faktoru mövcuddur. Hazırda süni intellektin təkmilləşməsi üçün milyonlar xərclənir. Təbiidir ki, bəzi sahələr təsirə məruz qalacaq. Araşdırmalarım onu göstərir ki, fərqli sahələrdə məqalələr yazmaq, tərcümə, səyahət agentlikləri, bəzi onlayn konsultant işləri (müştəri xidmətləri) və s. süni intellekt tərəfindən ən çox təsirə məruz qalacaq sahələr olacaq. ERP (Enterprise Resource Plannning - Müəssisənin Resurslarının Planlaşdırılması) və tibb kimi sahələrdə indi də süni intellekt istifadə edilir və gələcəkdə istifadəsi genişlənəcək”.

Qarakişi Vəlizadə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vulkan enerjisindən istifadə edərək 29 milyonluq "Bitcoin" hasil etdilər

Brüssel avrozonanın iqtisadi artımı ilə bağlı gözləntiləri aşağı saldı

ABŞ "Raiffeisen"i Rusiyaya görə hədələdi

Bank kartlarının sayı artır - Bu tendesiyanın səbəbi nədir?

"Google" "Gmail" xidmətini süni intellektlə təkmilləşdirdi

İki ölkə Rusiyaya yardım edən bütün şirkətlərə sanksiyalar tətbiq etməyi təklif edir

Şirkətlə vergi xidməti arasında 186 minlik mübahisə

2030-cu ildən sonra dünyada yeni qaz layihələrinə ehtiyac olacaq

Daha bir şirkət biznesini sataraq Rusiyanı tərk etdi

Dövlət Məşğulluq Agentliyi 66 milyonluq mal-qara alır

Venesuela beynəlxalq iqtisadi azadlıq zonası yaratmağı təklif etdi

“Yol Tikintiservis” 25 min manat cərimələnə bilər

Rusiya aktivlərinin xaricə satışı yeddi dəfə artdı

“Motor Sichi” eks prezidenti oğlu ilə Dubayda 15 milyon dollara 19 lüks mənzil alıb

Əqli Mülkiyyət Agentliyi iki şirkəti məhkəməyə verdi

İsveçrə Rusiya qızılının idxalını kəskin şəkildə azaltdı

“İdeal Tibb Şirkəti” 8 min manat cərimələnə bilər

BVF: Süni intellekt qlobal əmək bazarında sunami effekti yaradacaq

Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər

Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək

Səkilər niyə zəbt olunur? - VİDEO

Yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq

Birbaşa çatdırılma bahalaşdı, karqo şirkətləri daşıma xərclərini ucuzlaşdırdı – “Trendyol” ətrafında nə baş verir?

Aynur Sabitova vəzifəsindən azad edildi

Aynur Sabitova vəzifəsindən azad edildi

Marşrut avtobuslarından istifadə edənlərin sayı artıb – Səbəblər

Azərbaycanda keyfiyyətə nəzarətlə bağlı yeni mərkəz yaradılır - FƏRMAN

Rusiya və ABŞ ticarət dövriyyəsi 1,5 dəfə yüksəlib

Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin