İstanbul-Bakı reysində 400 minlik əməliyyat: Qaçaqmalçılar belə yaxalandı (FOTO/VİDEO)
Türkiyə Gömrük Mühafizə Baş İdarəsi ilə Azərbaycan Gömrük Komitəsi arasında kəşfiyyat məlumatı mübadiləsi nəticəsində İstanbul Hava Limanında əməliyyat keçirilib.
Qaynarinfo-nun "EnsonHaber"ə istinadən məlumatına görə, keçirilən əməliyyat zamanı İstanbul-Bakı reysi ilə uçan təyyarədə dəyəri 4 milyon 360 min lirə (400 min manata yaxın) olan qaçaq mobil telefon və oyun konsolları ələ keçirilib.
Türkiyə Ticarət Nazirliyindən verilən açıqlamada bildirilib ki, şübhəlilər gömrük yoxlanışından yayınmaq üçün çox sayda mobil telefonu İstanbul-Bakı reysi ilə uçan sərnişinlərə paylayıb.
Keçirilən əməliyyat zamanı hadisəni törədənlər müəyyənləşdirilib, gömrük nəzarəti məntəqəsində şübhəli şəxslər və sərnişinlərin çantalarında axtarış aparılıb. Axtarışlar nəticəsində məşhur brendlərin son modellərinə aid olduğu müəyyən edilən 77 mobil telefon, 18 oyun konsolu və 6 ədəd "3D” eynəyi götürülüb.
Sözügedən elektron avadanlıqların bazar dəyərinin 4 milyon 360 min lirə olduğu müəyyən edilib. Hadisə ilə bağlı İstanbul prokurorluğunda araşdırmalar davam etdirilir.
Digər tərəfdən gömrük qruplarının kamerasına da əks olunan əməliyyat görüntülərində şübhəlilərin terminaldan çıxdıqları və çamadanlarında aparılan axtarışlara dair sübutlar var.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay