BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
7658

Rusiya qazının İtaliyaya, "Qazprom"un Almaniyadan sonra ikinci ixrac bazarına yeni təchizatçı olan Azərbaycanın çıxması ilə əlaqədar 2021-ci ildə təchizatda "müəyyən dalğalanmalar" yarana bilər.

TANAP boru kəməri vasitəsilə Azərbaycandan kommersiya qazının Türkiyənin qərb hissəsinə nəqlinə 2018-ci ilin III rübündə başlanılıb. 

Gələcəkdə qazın 10 milyard kubmetr gücə malik Trans-Adriatik boru kəməri (TAP) ilə Yunanıstan, Albaniya və İtaliyaya nəqli üçün 2020-ci ilin III rübündə TANAP-ın layihə gücü ildə 16 milyard kubmetrə çatdırılıb. 

Azərbaycandan İtaliyaya qaz təchizatını nəzərdə tutan Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də ilk kommersiya nəqlinə başlayıb.

"TAP 2021-ci ilin I-II rüblərində Yunanıstan və İtaliya sərhədində illik 8 milyard kubmetr həcmində layihə gücünə çıxdıqdan sonra bu, bazarın boru kəməri qazının yeni mənbəyinə uyğunlaşması dövründə digər təchizatçıların İtaliyaya tədarük həcmlərində müəyyən dalğalanmalara səbəb ola bilər", - deyə  “Qazprom”un rüblük hesabatına istinadən bildirilir.

İtaliyanın “Snam” qaz nəqliyyat operatorunun məlumatına görə, TAP qaz kəməri ilə İtaliyaya qaz nəqlinə 30 dekabr 2020-ci ildə başlanılıb, nəql həcmi sutkada 10 milyon kubmetrə qədərdir. Əgər dekabr ayında Avstriya vasitəsilə (fiziki olaraq yalnız Rusiya qazı) İtaliya sutkada 82 milyon kubmetr qaz alırdısa, yanvar ayında bu rəqəm sutkada 92 milyon kubmetr təşkil edib, fevralda isə nəqlin gündəlik həcmi 52 milyon kubmetrə qədər azalıb (14 günə dair məlumatlar), halbuki bir il əvvəl bu göstərici sutkada 58 milyon kubmetrə bərabər olub. (İnterfaks)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu gün bu ərazilərdə qaz kəsiləcək

Lənkəranda baş verən zəlzələ başqa ocaqları oyada bilər? – Rəsmi açıqlama - Video

Lənkəranda baş verən zəlzələ başqa ocaqları oyada bilər? – Rəsmi açıqlama - Video

"GƏNCƏ İLMƏÇİ"dən əməkhaqqı tələbi - Məhkəmə

Rusiya çip probleminə görə ana südü pompalarına möhtac qalıb - ABŞ MN

Ruslar artıq araqdan konyaka keçir

İran Çinin “Bir kəmər və yol” təşəbbüsünə qarşı: Hindistanla 10 illik müqavilə

"GENERAL CONSTRUCTİON GROUP" məhkəməyə verilib

İzvestiya: Microsoft Rusiya istifadəçiləri üçün yeniləmələri blokdan çıxardı

DSX 260 min manatlıq yuyucu vasitələr və təmizlik ləvazimatları alır

Sağçı partiyalar nifrəti körükləmək üçün mənzil böhranından istifadə edə bilər

Yaxın tarixin 10 ən heyrətamiz tibbi kəşfi

Sabunçu Tibb Mərkəzi cərimələnə bilər

Bundestaq üzvləri son 28 ildə ən böyük maaş artımını alacaq

“Qaçqınkom”un 2 milyonluq kombi layihəsi

Keçmiş məmurların şirkətləri arasında nə baş verib?

Hindistan ABŞ sanksiyalarına görə Rusiya tankerlərinə sertifikat verməyi dayandırıb

"Perlit" gömrük qaydalarını pozduğuna görə məhkəmə qarşısında

ABŞ Çin idxalına rüsumları rekord dərəcədə artırmağa hazırlaşır

Hazırda ala biləcəyiniz ən yaxşı 10 smartfon (SİYAHI)

Diri Baba türbəsi bərpa ediləcək

Avropa yenidən enerji baxımından bir şirkətdən asılı vəziyyətə düşüb

Bu günədək nə qədər tələbə təhsil krediti alıb?

Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq

Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb

Dövlətə aid mənzilləri rüşvətlə istifadəyə verən vəzifəli şəxsin məhkəməsi başlayır

Nazir korrupsiyada ittiham olundu, Polşa danışıqları ləğv etdi

Fitch Solutions: Sürətli və ucuz ticarət yolları Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rol oynayacaq

Nikaha necə daxil olmaq olar? – Sənədlər və dövlət rüsumu

Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin