BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8335
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1343
7616

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi kommunal xidmətlər üzrə ekspertlər və Qeyri-Hökumət Təşkilatları (QHT), eləcə də ictimaiyyət nümayəndələrindən ibarət İctimai Şuranın yaradılması işlərinə başlayıb.

Bu barədə Valyuta.Az-a “Azəriqaz”dan məlumat verilib.

Bildirilir ki, bu məqsədlə bu gün Birliyin baş direktoru Ruslan Əliyev “Azəriqaz” İB-də İctimai Şuraya seçkilərin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyasının təşkilinə dair əmr imzalayıb. Əmrə əsasən, komissiyanın tərkibində “Azəriqaz” İB-nin Hüquq Departamenti, Təmir-Tikinti İdarəsi, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbər şəxsləri, Həmkarlar İttifaqı Komitəsinin sədri, eləcə də "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi, "İqtisadi resursların öyrənilməsi" İctimai Birliyi, "Sosial Rifah və Tədqiqatlar" İctimai Birliyi, "Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyi və "Azad iqtisadiyyatın inkişafına yardım mərkəzi" İctimai Birliyinin rəhbər şəxsləri daxildir.

İctimai Şurada təmsil olunmaq istəyən namizədlərdən xahiş edilir ki, 16 fevral 2021-ci il tarixdən etibarən 19 mart 2021-ci il tarixədək şəxsiyyət vəsiqəsinin surətini, namizədin tərcümeyi-halını və namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surətini [email protected] elektron ünvana göndərsinlər.

“Azəriqaz” İB hesab edir ki, İctimai Şura məşvərətçi bir təsisat olmaqla Birliyin işində ortalığa çıxa biləcək hər hansı çətinliklər, abonentlərin narazılıqlarının dərhal müzakirə olunması, problemlərin tez bir zamanda həll edilməsi üçün vacib rol oynayacaq. Bununla da abonent məmnuniyyətinə nail olmaq istiqamətində mühüm addım atılmış olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mart ayında Türkiyədən 10 milyard dollar çıxarılıb

Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul etdi, təsərrüfatlara baş çəkdi

“Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”

Nazirin müşaviri vəzifəsindən azad olundu

Bu il Avropa İttifaqı Ukraynaya nə qədər pul verəcək?

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına ziyan vurub? – AÇIQLAMA

Havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına ziyan vurub? – AÇIQLAMA

Azərbaycanda gənclər arasında işsizlik dinamikası təhlil ediləcək

Bloger və influenserlərə xəbərdarlıq edildi - Cərimə olunacaqlar

Valyuta hərracında dollara tələb 100 mln. dolları ötüb

Azərbaycanda sürücülərin ən çox yol verdiyi qayda pozuntuları - Ekspert açıqladı

Rabitəbankın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək ®

Azərbaycan iqtisadiyyatı 4% böyüyüb

Sabah hava necə olacaq?

Azərbaycanda nominal əməkhaqqı 9 %-dən çox artıb

Üzüm şərabı və araq istehsalı azalıb, pivə istehsalı artıb

Son 10 ildə bu məhsulun xaricdən alışı 17 dəfə artıb

Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar

İşçidən istirahət günlərində işləməsini tələb etmək olar?

Rayondan Bakıya oxumağa gələn tələbəyə lazım olan bir illik məbləğ – 15-18 min manat

Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıb

“Trendyol Azərbaycan” daşıma qiymətlərini qaldırdı - Açıqlama

“Minimum əmək haqqı artımı iki rəqəmli ola bilər” – Deputat

“Minimum əmək haqqı artımı iki rəqəmli ola bilər” – Deputat

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

ING bu il Azərbaycanda inflyasiyanın kəskin azalacağını proqnozlaşdırıb

Əlilliyin qiymətləndirilməsi ilə bağlı ekspertiza göndərişlərinin verilməsi qaydası dəyişib

Ölkədə nə qədər orta sahibkarlıq subyekti var?

Azərbaycanda idxalı və satışı ƏDV-dən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı təsdiq edilib

Bu şəxslər də təhsil kreditləri ala biləcəklər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin