"Rusiyanın neft gəlirlərini azaltmaq yolunda səylərimizi davam etdirəcəyik" - Xəzinə katibi
ABŞ, Rusiya neft gəlirlərini azaltmaq istiqamətində səylərini davam etdirəcək.
Valyuta.Az xəbər verir ki, bu barədə ABŞ-ın xəzinə katibi Canet Yellen (Janet Yellen) açıqlama verib.
“Burada bir neçə imkan var. Biz sanksiyaları əvvəlcədən elan etmirik, lakin daim neft gəlirlərini analiz edirik. Rusiya neft gəlirlərini daha da azaltmaq yollarını tapsaq, bunun Ukraynanın mövqeyini gücləndirəcəyini düşünürəm. Bu məsələ bizim prioritetlərimizdən biridir,” – deyə o, "Reuters"ə verdiyi müsahibədə bildirib.
Canet Yellen əlavə edib ki, Vaşinqton və müttəfiqləri Rusiya neftinə tətbiq olunan qiymət həddini daha da aşağı salmağı nəzərdən keçirə bilərlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 5-də Avropa İttifaqının Rusiyadan dəniz yolu ilə neft tədarükünə qoyduğu embarqo qüvvəyə minib. “G7” ölkələri, Avropa İttifaqı və Avstraliya isə Rusiyadan dəniz yolu ilə daşınan neft üçün qiymət həddini bir barel üçün 60 dollar olaraq müəyyənləşdiriblər. Bundan əlavə, 2023-cü il fevralın 5-dən etibarən Rusiyadan neft məhsullarına bənzər məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlərə əsasən, məhsul kateqoriyasından asılı olaraq maksimum qiymət bir barel üçün 100 və 45 dollar səviyyəsində müəyyən edilib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay