BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
60755

"Meta" şirkəti, 2030-cu illərin əvvəlində istifadəyə veriləcək sistemlər üçün nüvə enerjisi üzrə mütəxəssislər axtardığını açıqlayıb.  

Artan enerji tələbatını ödəmək üçün nüvə enerjisinə yönələn şirkətlər arasında xüsusi diqqət çəkən "Meta", "Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olaraq, süni intellekt və davamlılıq məqsədləri çərçivəsində nüvə enerji layihələrinə üstünlük verdiyini bildirib.  

Valyuta.Az-ın "Bloomberg"ə istinadən verdiyi xəbərə əsasən şirkətin açıqlamasında qeyd edilib ki, həm "Meta"nın məlumat mərkəzlərinin, həm də onların yerləşdiyi bölgələrdəki elektrik şəbəkələrinin genişlənən enerji tələbatını qarşılamaq üçün nüvə enerjisi xüsusi əhəmiyyət daşıyır.  

Açıqlamada bu ifadələr yer alıb:  

 "Meta olaraq, daha təmiz, etibarlı və müxtəlifləşdirilmiş elektrik şəbəkəsinə keçiddə nüvə enerjisinin əsas rol oynayacağına inanırıq."  

Bu səbəbdən, süni intellekt və davamlılıq məqsədlərinə nail olmaq üçün nüvə enerjisi üzrə mütəxəssislərin seçilməsi üçün tender elan ediləcəyi bildirilib.  

⇒ "Meta"nın istehsal planı

Məqsəd, 2030-cu illərin əvvəlindən başlayaraq ABŞ-da 1-4 gigavatlıq yeni nüvə enerji istehsalı gücü əlavə etməkdir. Bununla yanaşı, yeni nüvə generatorlarının inkişafını sürətləndirmək, miqyaslanma vasitəsilə xərcləri azaltmaq və karbon emissiyasını minimuma endirmək üçün təşəbbüslərin vacib olduğu vurğulanıb.  

Açıqlamada həmçinin bildirilib ki, bu stansiyaların lisenziyalaşdırılması, layihələndirilməsi, mühəndisliyi, maliyyələşdirilməsi, tikintisi və idarə olunması üçün tərəfdaşlarla işləmək, nüvə texnologiyasını sürətləndirmək üçün uzunmüddətli baxışı təmin edəcək.  

⇒ Texnologiya şirkətlərinin nüvə enerjisinə marağı

"Meta"nın nüvə enerjisi üzrə mütəxəssislər axtarması, artan enerji tələbatını qarşılamaq üçün nüvə enerjisinə yönələn texnologiya şirkətlərinin marağını əks etdirir.  

"Microsoft", sentyabr ayında "Three Mile Island" enerji stansiyasındakı əməliyyatların yenidən başlaması üçün razılaşma imzalamışdı.  

"Google" isə oktyabr ayında kiçik modul reaktor ("SMR") inkişaf etdiricisi "Kairos Power"dən enerji alacağını elan etmişdi.  

Həmin ay "Amazon", karbon emissiyasını sıfıra endirmək planının bir hissəsi olaraq "SMR" müqavilələri bağladığını bildirmişdi.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin