ARDNF "Şahdəniz"dən əldə etdiyi gəlirlərini açıqlayıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 364,465 mln. ABŞ dolları təşkil edib.
Valyuta.az Fonda istinadən xəbər verir ki, bu, illik müqayisədə 3,1 dəfə azdır. Ötən ilin eyni dövründə bu rəqəm 1 141 mln. ABŞ dolları idi.
Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.08.2024 tarixinə) 113,878 mln. ABŞ dolları olub, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,28 dəfə azdır. Ötən ilin eyni dövründə bu rəqəm 259,553 mln. ABŞ dolları olub.
Xatırladaq ki, ötən il ARDNF-ın “Şahdəniz”dən əldə etdiyi gəlirləri 1 308 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4% azdır. Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.01.2024 tarixinə) 324,396 mln. ABŞ dolları olub, bu da isə 1,3% azalma deməkdir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay