Azərbaycanla Səudiyyə Ərəbistanı arasında külək enerjisi ilə bağlı müqavilə imzalanıb
Energetika Nazirliyi və ACWA Power şirkəti arasında 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı İcra Müqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi imzalanıb.
Valyuta.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.
“Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudla çoxşaxəli enerji əməkdaşlığımızın inkişafına və qlobal gündəliyin vacib məsələlərindən olan ədalətli enerji keçidi, COP29 üzrə fəaliyyətimizə dair məhsuldar görüşümüz oldu.
Bərpa olunan enerji layihələrinin icrasının sürətləndirilməsini, neft emalı və neft kimya məhsullarının təchizatı sahəsində əməkdaşlığı razılaşdırdıq. Birgə Texniki Komitənin 3-cü iclasının enerji əlaqələrimizi möhkəmləndirən nəticələrini dəyərləndirdik. Yaşıl enerji tərəfdaşlığımızı gücləndirən əməkdaşlıq sənədlərini - Energetika Nazirliyi və ACWA Power şirkəti arasında 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı İcra Müqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsini imzaladıq” - deyə Pərviz Şahbazov bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay