Azərbaycanda GES üzrə ilk hərrac elan edildi
Qobustan rayonunda günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə ilk hərracla bağlı proseslərə start verilib.
Valyuta.az-ın xəbərinə görə, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"Bu gündən Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə ilk hərracla bağlı proseslərə start verildi. Bu, Azərbaycanda bərpa olunan enerjinin inkişafı ilə bağlı dövlət siyasətinin həyata keçiriməsinə daha bir töhfədir", - nazir qeyd edib.
Qeyd edək ki, Energetika Nazirliyi Qobustan rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac elan edib. Yaşıl enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq keçirilən hərrac sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədini daşıyır. Açıq auksion formasında 2 mərhələdə həyata keçirilən hərrac elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər ən az 30 faizə çatdırılması ilə bağlı strateji hədəfə nail olunması, ölkəmizin COP29-a ev sahibliyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan tədbirlərdən biridir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay