3 ayda Energetika Nazirliyinə 2 mindən çox müraciət daxil olub
Bu ilin birinci rübündə Energetika Nazirliyi və tabeli qurumlara 2 052 vətəndaş müraciəti daxil olub.
Valyuta.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, müraciətlərin 1 662-si müvafiq qaydada icra edilib, 240-ı isə məlumat xarakterli olub (müraciətin geri götürülməsi, təşəkkür və digər). 150 müraciət isə icradadır.
Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji, icazələrin verilməsi və digər mövzularla bağlı olub.
Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 87 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay