Energetika
11.04.2024 / 17:00
OPEC bu il Azərbaycanda karbohidrogen hasilatı üzrə proqnozunu açıqladı
46088
2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 14 min barel artaraq orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır.
"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aprel hesabatına istinadən xəbər verir ki, artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək” qaz-kondensat layihələri hesabına baş verəcəyi proqnozlaşdırılır.
Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqlarından hasilat da bu il yatağın yeddinci platforması sayəsində artmalıdır.
Hesabata görə, ölkədə fevralda maye karbohidrogen hasilatının aylıq müqayisədə faktiki olaraq dəyişməyərək, illik müqayisədə isə 62 min barel azalaraq orta hesabla 600 min barel səviyyəsinə çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay