BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
46068

Azərbaycan qazının Avropaya ixracının illik həcmi 2026-cı ilə qədər 17 % artacaq
Azərbaycan Avropaya qaz ixracının illik həcmini 2026-cı ilə qədər 2023-cü ilin göstəricisi ilə müqayisədə 17 % artıraraq 14 milyard kubmetrə çatdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Montel News” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan hazırda Cənub-Şərqi Avropa ölkələrinə hər il təxminən 12 milyard kubmetr qaz ixrac edirsə, yaxın iki il ərzində bu həcmi 14 milyard kubmetrə çatdırmağı, 2026-cı ildən sonra isə onu daha da artırmağı planlaşdırır.

“Biz hazırda genişləndiririk (istehsal və ixrac imkanlarını – red.) və bu işin nəticələri 2026-cı ilə qədər hazır olmalıdır. O zaman da biz İtaliya, Yunanıstan və Bolqarıstana tədarükümüzü daha da artıracağıq”, - V. Bəylərbəyov deyib.

Onun sözlərinə görə, artım hasilatın artması və Azərbaycanı Türkiyə üzərindən Yunanıstan və İtaliya ilə birləşdirən Cənub Qaz Dəhlizini təşkil edən üç tranzit boru kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi hesabına baş verəcək.

V. Bəylərbəyov onu da qeyd edib ki, Azərbaycan qazının Avropaya tədarükünün daha da artırılması (ildə 20 milyard kubmetrə qədər - red.) daha çox regionun ehtiyaclarından və Avropa tərəfinin yeni infrastruktura sərmayə yatırmaq istəyindən asılı olacaq.

“Məsələn, biz “Həmrəylik halqası” vasitəsilə Balkan ölkələrinə daha 5 milyard kubmetr qaz tədarük etmək niyyətindəyik”, - o deyib.

SOCAR vitse-prezidentinin müavininin sözlərinə görə, analoji həcmlər əlavə olaraq Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və onların qonşularına çatdırıla bilər.

“Bu, bizim istehsal edib tədarük edə biləcəyimiz həcmdir. Mən deyə bilmərəm ki, bunlar hamısı eyni anda baş verəcək və ya onların hamısı eyni ildə olacaq; hər şey infrastrukturun nə vaxt hazır olmasından və hasilat güclərinin artırılmasının nə vaxt hazır olacağından asılıdır”, - o vurğulayıb.

Eyni zamanda o bildirib ki, müəyyən layihələr SOCAR-dan yox, avropalı müştərilərdən asılıdır.

“Biz tədarükün artırılmasında maraqlıyıq, lakin infrastrukturun olması da son dərəcə vacibdir. Hər bir halda Avropa uzun illər Azərbaycanın əsas bazarı olaraq qalacaq”, - V. Bəylərbəyov əlavə edib.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır.

Eyni zamanda 2025-ci ilin sonunadək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) genişləndirmənin birinci mərhələsi çərçivəsində əlavə 1,2 milyard kubmetr Azərbaycan qazını qəbul etməyə hazır olacaq ki, bunun da 1 milyard kubmetrini 2026-cı ildən İtaliya, 200 milyon kubmetrini isə Albaniya alacaq.

“Həmrəylik halqası” layihəsi çərçivəsində 2023-cü il aprelin 25-də Sofiyada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstan (“Bulgartransgaz”), Rumıniya (“Transgaz”), Macarıstan (FGSZ) və Slovakiyanın (“Eustream”) qaz ötürücü sistem operatorları arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlıq sahələrini müəyyən edir. Əlavə tədarüklər Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın modernləşdirilmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin