Əmtəə bazarlarında neft gələn il ucuzlaşacaq - PROQNOZ
ABŞ Energetika Nazirliyi 2024-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 87 ABŞ dollarından 88,55 dollaradək yüksəldib.
"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə “Brent” neftinin orta qiyməti 86,98 dollar təşkil edəcəyiehtimal olunur (öncəki proqnoz – 84,8 dollar).
Qeyd olunur ki, 2023-cü ildə “Brent”in orta qiyməti 82,41 dollar təşkil edib.
Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2024-cü ildə 83,78 dollar (öncəki proqnoz göstərici – 82,15 dollar), 2025-ci ildə isə 82,48 dollar (öncəki proqnoz – 80,3 dollar) səviyyəsində olacaq.
Hesabatda vurğulanır ki, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77,58 dollar təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay