Energetika
03.04.2024 / 11:09
“Azərenerji”nin ixrac gəlirləri 326 milyon manatdan çox azalıb
45525
“Azərenerji” ASC ixrac gəlirləri kəskin şəkildə azalıb.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, dövlət şirkəti bu ilin yanvar-fevral aylarında 34,8 milyon ABŞ dolları (59,2 milyon AZN) həcmində məhsul ixrac edib.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 dəfə və ya 192,4 milyon dollar azdır. 2023-cü ilin eyni dövründə “Azərenerji”nin ixrac gəlirləri 227,2 milyon dollar təşkil edib.
Qeyd edək ki, kəskin azalma fonunda “Azərenerji” qeyri-neft sektoru üzrə fəaliyyət göstərən dövlət şirkətləri arasında ixrac gəlirlərinə görə birinci pillədən ikinci pilləyə enib.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay