Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücü 30%-dən çox artıb
Son beş ildə (2019-2023-cü illər) Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücü 31% artaraq, 1 700 MVt-a yaxınlaşıb.
Valyuta.az xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, əgər 2019-cu ildə Azərbaycanda olunan enerji mənbələrinin ümumi istehsal gücü 1 289 MVt təşkil edirdisə, 2023-cü ildə bu göstərici 1 688 MVt-a yüksəlib.
Sənədə əsasən, 2020, 2021 və 2022-ci illərdə qeyd olunan göstərici müvafiq olaraq 1 296 MVt, 1 316 MVt və 1 325 MVt səviyyəsində olub.
Bildirilir ki, ölkədə bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücünün əsas hissəsini təşkil edən su elektrik stansiyalarının imkanları son beş ildə 13,7% artaraq, 1 145 MV-dan 1 302 MVt-a yüksəlib.
Qeyd olunur ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücünün qalan hissəsi külək, günəş, bioenerji və digər mənbələrin payına düşüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay