BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
45460

“Platts Dated Brent” markalı neftin qiyməti 2024-cü ildə orta hesabla bir barel üçün 85 ABŞ dolları təşkil edəcəyi, 2025-ci ildə isə təxminən 79 ABŞ dollara qədər aşağı düşəcəyi proqnozlaşdırılır.

Valyuta.az xəbər verir ki, bu barədə fundamental bazar göstəriciləri və mövcud vəziyyətin təhlili, eləcə də digər amillər nəzərə alınmaqla hazırlanan "S&P Global Commodity Insights"ın baza proqnozunda deyilir.

Məlumata görə, 2023-cü ilin əvvəlindən martın sonuna qədər “Platts Dated Brent” markalı neftin qiyməti bütövlükdə 2023-cü il səviyyələrinə uyğun olaraq orta hesabla bir barel üçün 83 ABŞ dolları təşkil edib.

Dünyanın aparıcı əmtəə investorlarından biri, “Beeland Interests Inc.”in sədri, “Quantum Fund”un həmtəsisçisi Cim Rocers “S&P Global Commodity Insights”a müsahibəsində bildirib ki, müharibələr ənənəvi olaraq xammalı dəstəkləyir, baxmayaraq ki, uzun sürən münaqişələr mənfi nəticələrə səbəb ola bilər. O, bu sözləri Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinə münasibət bildirərkən deyib.

“Məsələn, Ukrayna və Rusiya kənd təsərrüfatı məhsulları, neft istehsal edir və bu iki ölkədə hazırda təchizat məhdudiyyətləri var. Digər risk, əlbəttə ki, Asiyada - məsələn, Tayvanda münaqişənin yaranmasıdır. Onda hamımız çox narahat olmalıyıq”, - C.Rocers bildirib.

İnvestor vurğulayıb ki, təkcə xammala qoyulan investisiyaları deyil, həm də ümumi maliyyə sərmayələrini diqqətlə izləmək, həm də gələcəyə ehtiyatla baxmaq lazımdır: “ABŞ fond bazarı 2009-cu ildən bəri yüksəlir ki, bu da ABŞ tarixində heç bir problem yaşanmayan ən uzun müddətdir. Mən inflyasiyanın geri qayıtmasının əlamətlərini görürəm və faiz dərəcələrinin yüksəlməsi üçün imkanlar var. Mən də çoxsaylı spekulyasiyalar görürəm - bir çox yeni investorlar dostlarına bunun asan pul qazanmaq yolu kimi təqdim edirlər. Bu narahatlıq doğurur”.

O qeyd edib ki, qlobal iqtisadiyyatda artan borc indi əsas narahatlığa səbəb olur: "Növbəti “ayı bazarı”mız olanda işlər çox pis olacaq. 2008-ci il borcların çoxluğuna görə pis il oldu. O vaxtdan bəri borc kəskin şəkildə artdı. Hətta Çinin 25 il əvvəlki dövrə nisbətən indi borcları xeyli artıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin