Azərbaycan Aİ-ni enerji böhranından xilas etdi - Ana Birçal
Azərbaycan Avropa İttfaqını enerji böhranından xilas etdi.
Valyuta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rumıniyanın keçmiş baş nazirinin müavini Ana Birçal XI Qlobal Bakı Forumunda deyib.
"Avropa İttifaqında seçimlərə yaxınlaşdığımızdan, Aİ-dən olan həmkarlarım və dostlarıma xatırlatmaq doğru olar ki, enerji böhranı zamanı Prezident İlham Əliyev faktiki olaraq bizim regiona kömək etdi. Azərbaycan Avropa İttifaqını enerji böhranından xilas etdi", - o deyib.
Ana Birçal qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi inkişaf, beynəlxalq münasibətlər, öz vətəndaşlarının rifahının yüksəldilməsində mühüm irəliləyiş əldə etdi, ölkə öz ərazi bütövlüyünü bərpa etdi.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay