BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
42508

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda öz müstəqil siyasətini qoruyan və dünya ölkələri arasında sayılıb seçilən ölkələr sırasındadır. Azərbaycan coğrafi olaraq qərblə şərqin, şimal ilə cənubun inteqrasiya etdiyi beynəlxalq nəqliyyat-tranzit yollarının kəsişməsində yerləşir. Belə əhəmiyyətli coğrafi mövqe imkan verir ki ölkəmiz tranzit imkanlarından istifadə edərək dünya iqtisadiyyatının təchizat zəncirində əhəmiyyətli ölkə mövqeyinə sahib olsun.

Bunu AZƏRTAC-a verdiyi açıqlamada iqtisadçı-ekspert Samir Heydərov bildirib. O qeyd edib ki, post-pandemiya dönəmində, 2022-ci ilin yanvar-oktyabr aylarında Transxəzər magistralı üzrə yük daşımalarının həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 27 faiz, mütləq ifadə ilə 42,5 milyon tona yaxın artıb. 2022-ci ildə Şərq-Qərb dəhlizi vasitəsi ilə ötürülən tranzit yüklərin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 20 faiz, Şimal-Cənub dəhlizi vasitəsilə isə 33 faiz artıb. 2023-cü ilin 8 ayına görə isə 2022-ci ilə nisbətən 37 faiz azalıb.

S. Heydərov əlavə edib ki, Bakı son iki ildə Avropa ölkələrinə Orta Dəhlizin əhəmiyyətini və iqtisadi səmərəliliyini təşviq etməyə çalışsa da, bu dəhlizə kifayət qədər əhəmiyyət verməyiblər. Avropa ölkələri yüklərin ənənəvi yollarla ötürülməsinin onlar üçün qənaətbəxş olduğunu hesab edirlər. Amma mürəkkəb geosiyasi vəziyyət yüklərin 52 günə mənzil başına çatmasına gətirib çıxarıb. Halbuki rəsmi Bakı region ölkələri ilə aparılan əməkdaşlıq çərçivəsində yüklərin Orta Dəhlizlə çatdrılmasını 22 günə endirir.

Ekspert qeyd edib ki, son aylar Qırmızı dənizdə husi yaraqlılarının Avropa və Amerika ticarət gəmilərinə hücumlar təşkil etməsi Orta Dəhlizin aktuallığını daha da artırır.

“Bu baxımdan ölkəmizin tranzit imkanları da artmaqdadır. Bu isə milli iqtisadiyyat üçün əlavə gəlir deməkdir. Azərbaycanın birbaşa açıq dənizə çıxışı olmasa da ölkənin sahib olduğu coğrafi mövqe və onun beynəlxalq ticarət yollarının kəsişmə nöqtəsində yerləşməsi ölkənin tranzit imkanlarını daha da artırır. Təbii ki, burda limanların, terminalların və dəmir yollarının yükaşırma, yük qəbul etmə və yükötürmə imkanları artırılır. Belə ki, 2023-cü ildə Azərbaycan dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yük daşınıb. Şimal-Cənub dəhlizi üzrə Astara terminalının tikintisi böyük ölçüdə yekunlaşıb. Ötən il bu terminalda 700 min dən çox yük aşırılıb. Tranzit imkanlarının artması ölkənin gəlirlərini də artırır. 2022-ci ilin 9 ayında yükdaşımalardan gəlir 33,2 faiz artaraq 539,6 milyon manat təşkil edib. Tranzit yükdaşımalarından isə 230 milyon manat gəlir əldə edilib”, - deyə Samir Heydərov bildirib.

Əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “2022-2026-ci illər ölkənin sosial-iqtisadi inkişaf strategiyasına görə” tranzit imkanlar artırılaraq əldə edilməsi nəzərdə tutulan gəlir həcmi qarşıdakı 5 il ərzində 450 milyon manata çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin