16.02.2024 / 23:20
İxraca göndərilən neft məhsullarının həcmi 2,4 dəfə azalıb
42434
Yanvar ayında ölkədən 28 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. İxrac olunan məhsulların dəyəri isə 17 milyon ABŞ dollarından çoxdur.
Valyuta.az REPORT-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Xatırladaq ki, ötən ilin müvafiq ayında Azərbaycandan 68,6 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 45,9 milyon dollar olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay