BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
35618
bp şirkətində Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda hüquq məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyinat olub.
 
Valyuta.az şirkətə istinadən xəbər verir ki, bu, Elyar Əliyevdir.
 
O, sabahdan səlahiyyətlərinin icrasına başlayacaq, AGT regionu üzrə rəhbər heyətin üzvü olacaq, Azərbaycan və Gürcüstanda yerləşən regional hüquq departamentinə rəhbərlik edəcək.
 
E.Əliyev yeni vəzifəsində Böyük Britaniyaya geri dönən İvon MakAlisteri əvəz edəcək. Cənab Elyar bp-nin Azərbaycanda hüquq sahəsinə rəhbər təyin edilmiş ilk Azərbaycanlı mütəxəssisdir.
 
E.Əliyevin neft-qaz sektorunda hüquq sahəsi üzrə 23 ildən artıq dərin təcrübəsi var. O, bp şirkətində fəaliyyətə 2009-cu ildə Bakı ofisində başlayıb və ilkin olaraq Azəri-Çıraq-Günəşli yatağı üzrə əməliyyatlara dəstək verib, sonra şirkətin regional geoloji-kəşfiyyat işlərinə, o cümlədən Şəfəq-Asiman, Abşeron yarımadasının dayazsulu sahəsi və D230 kəşfiyyat bloku üzrə hasilatın pay bölgüsü sazişlərinin imzalanması və icrası üzrə hüquq işlərinə rəhbərlik edib.
 
2013-cü ildə o, bp-nin Londonda yerləşən mərkəzi hüquq departamentinə ezam olunub və bu vəzifədə bp-nin dünyanın müxtəlif yerlərində yeni ölkələrdə geoloji-kəşfiyyat işlərinə dəstək verib. 2018-ci ildən bəri E.Əliyev şirkətin Şahdəniz və Cənub Qaz Dəhlizi layihələrinə hüquqi dəstək işlərinə rəhbərlik edir.
 
bp-dən əvvəl E.Əliyev "Nobel Oil” (hazırda NEQSOL Holdinqin tərkibində olan "Nobel Energy”) şirkətində işləyib. Həmin təşkilatda o, neft-mədən xidmətləri, mühəndislik və tikinti, habelə telekommunikasiya kimi müxtəlif sənaye sahələrində fəaliyyət göstərən şirkətlər qrupunun hüquq işlərinə rəhbərlik edib. Daha əvvəl o, Azərbaycanın quru yataqlarında ən böyük operatorlarından biri olan "Salyan Oil” şirkətində hüquq işlərinə nəzarət edib.
 
E.Əliyev Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində magistr pilləsi üzrə (fərqlənmə ilə) təhsil alıb. O, həmçinin Böyük Britaniyanın BPP Universitetinin Hüquq Məktəbinin məzunudur.
 
2022-ci ildə Elyar Azərbaycanda neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin fəxri fərmanı ilə təltif olunub.
 
E.Əliyev evlidir, iki övladı var.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bloklanmış IMEI kodlarla şəbəkəyə qoşulma cəhdlərinin sayı açıqlandı

Bu ilin 4 ayında DSMF-nin xərcləri 13,3% artıb

“Kapital Bank”a müraciətlərin 70 %-i müştərilərin xeyrinə həll edilib

Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Azərbaycanın İrandakı səfirliyi ilə bağlı yeni qərar

Ölkədə benzin istehsalı artıb

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər (VİDEO)

Dolu düşüb, qar yağıb, 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Azərbaycanda bu zavodun gəlirlə işləməməsinin səbəbləri araşdırılacaq

Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək

Azərbaycan neftinin qiyməti bahalaşıb

Avro və lirə ucuzlaşdı - Məzənnə

Bakının bu ünvanında binalar söküləcək, yeniləri tikiləcək (FOTO)

Quba və Qusara qar yağır

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin