Energetika
20.10.2023 / 09:47
Azərbaycandan Avropaya indiyədək 29 mlrd. kubmetrə yaxın qaz çatdırılıb
34904
Trans-Anadolu (TANAP) və Trans-Adriatik kəmərləri (TAP) vasitəsilə istifadəyə veriləndən indiyə kimi Türkiyəyə 24,3 mlrd. kubmetr, Avropaya isə 28,7 mlrd. kubmetr Azərbaycan qazı nəql olunub.
Valyuta.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü münasibətilə verdiyi məqaləsində bildirilib.
Məqalədə qeyd olunub ki, bu il ölkədə qaz hasilatı 48,7 mlrd. kubmetr, ixracı isə 24 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılıb.
Nazirin sözlərinə görə, 2021-ci ildə Avropaya 8,2 mlrd. kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il qaz tədarükü 40% artımla mümkün ən yüksək səviyyəyə - 11,4 mlrd. kubmetrə çatdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay