Neftə tələbat 2024-cü ilin sonuna qədər davam edəcək - "Reuters"
OPEC- in baş katibi Haitham Al Ghais neft tələbi ilə bağlı nikbin olduğunu bildirib.
Valyuta.az bu barədə "Reuters"ə istinadla xəbər verir.
Onun sözlərinə görə, neft-qaz sənayesinə kifayət qədər investisiya qoyulmaması enerji təhlükəsizliyi üçün risklərdən biridir. Al Ghais neft və qaz hasilatına investisiyaların davam etdirilməsinin vacibliyini qeyd edərək, neft sektorunun maliyyələşdirilməsini dayandırmaq çağırışlarını səmərəsiz adlandırıb.
Bu yaxınlarda Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatının azaldılmasını 2023-cü ilin sonuna qədər müvafiq olaraq sutkada 1 milyon və 300 min barel artırdıqlarını açıqlamışdılar. Dünyanın ən böyük nəşrləri artıq qeyd ediblər ki, bu tədbir iki ölkəyə bundan faydalanmağa imkan verib, çünki orta neft qiymətləri çoxillik maksimumlara yaxınlaşıb. “Bloomberg”in hesablamalarına görə, Rusiya təkcə təqribən 11 milyard dollar izafi gəlirə arxalana bilər. Eyni zamanda, Rusiya Federasiyası G7 ölkələri tərəfindən müəyyən edilmiş bir barel üçün 60 dollar qiymət tavanından fəal şəkildə yan keçir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay