BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32927

Qlobal neft emalı zavodları dizel yanacağı istehsalında artan çətinliklərlə üzləşir. Dünyada bu yanacaq növünün ehtiyatları artan tələb və təklif çatışmazlığı fonunda son dərəcə aşağı səviyyədədir. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

OPEC+ liderləri Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən neft hasilatının azaldılması vəziyyəti daha da gərginləşdirib, çünki bu növ neftlər əsasən dizel yanacağı istehsalında istifadə olunur. Sentyabrın 5-də hər iki ölkə dizelə tələbin adətən yüksəldiyi ilin sonuna qədər istehsal məhdudiyyətlərini uzadacaqlarını açıqlayıb. OPEC+ kursu dünya bazarına tədarükün sürətlə artmasına imkan verməyəcək. Bu da öz növbəsində inflyasiyanı sürətləndirməyə başlayıb, iqtisadiyyat logistika və sənaye ilə bağlı çətinliklər yaşamağa başladığı üçün ona yeni təkan verib.

Şimal yarımkürəsində isti yay havası bir çox neft emalı zavodlarını yavaş templə işləməyə məcbur edib və ehtiyatları kritik dərəcədə aşağı salıb. Eyni zamanda, pandemiya məhdudiyyətləri götürüldükdən sonra təyyarə yanacağı və benzinə tələbat kəskin artıb və artıq pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşır. Ötən cümə axşamı ABŞ-da dizel yanacağı fyuçersləri 140 dollara çatıb ki, bu da ilin bu vaxtı üçün mütləq rekorddur. Nəşr aydınlaşdırır ki, Aİ-də eyni müddət ərzində dizelin qiyməti 60% artıb.

Ekspertləri dizel yanacağı bazarındakı vəziyyət getdikcə daha çox narahat edir. Beynəlxalq Enerji Agentliyindən Toril Bosoni "Biz qış ayları ərəfəsində bazarda, xüsusən distillatlar üçün davamlı sıxıntı görmə riskimiz var", deyib.

"Goldman Sachs"dan Kallum Brüs isə bildirib ki, emalçılar tələbatı ödəməkdə çətinliklərlə üzləşirlər. Onun sözlərinə görə, onlar dizel yanacağını kənarda qoyaraq, təyyarə yanacağı və benzinə kəskin artan tələbatı ödəməlidirlər.

FGE konsaltinq şirkətindən Eugene Lindell deyir: "Problem tələbdən daha çox təklif məsələsidir". O qeyd edir ki, yayda neft emalı zavodlarında yaranan problemlər səbəbindən Avropada ehtiyatlar olduqca aşağı səviyyədədir, Çin və Rusiyadan dizel ixracı planları çatışmazlığı kompensasiya etmək üçün kifayət deyil.

Həftənin sonunda Rusiya hökuməti daxili bazarda yanacağın qiymətinin sabitləşdirilməsi variantlarını nəzərdən keçirməyə başlayıb.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin