BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
23354

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib.

Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyul sayında bildirilir.

Hesabata görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 295,4 milyon ABŞ dolları və ya 25,4 % artıb.

Bu ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 % artaraq 328,1 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1 %, pambıq lifi ixracı 12,8 %, pambıq iplik ixracı isə 5,2 % artıb.

2022-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (136,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (126,9 milyon ABŞ dolları) ikinci, karbamid (98,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-iyun ayları ərzində Türkiyəyə 428,4 milyon ABŞ dolları, Rusiya Federasiyasına 382 milyon ABŞ dolları, Gürcüstana 88,2 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 84,6 milyon ABŞ dolları və ABŞ-a isə 57,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin iyun ayı üzrə ixrac 3,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,8 % təşkil etməklə 269,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 6,6 % artaraq 119,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 5,1 % artaraq 149,9 milyon ABŞ dolları təşkil edib.

Bu ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (118,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (38,2 milyon ABŞ dolları) ikinci və İsveçrə (18,2 milyon ABŞ dolları) üçüncü olub.

2022-ci ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (35,8 milyon ABŞ dolları) birinci, albalı və gilas (34,2 milyon ABŞ dolları) ikinci və kartof (20,2 milyon ABŞ dolları) üçüncü olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda maaşlar 100 manata qədər artdı

Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır

İranda prezident seçkilərinin tarixi təsdiqlənib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanda sığorta yığımlarının həcmi 543 mln. manata çatıb

Məşğulluq üçün verilən əmlakın satışı - Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA

62 ildən sonrakı söküntüdən - Video

62 ildən sonrakı söküntüdən - Video

Azəbaycanla bu ölkə arasında ixtisas diplomları qarşılıqlı tanınacaq

Davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb

“Özbəkneftqaz” “Şahdəniz” layihəsinə daxil ola bilər

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Parlamentin növbəti iclası mayın 24-də keçiriləcək

Bu qurumun işçilərinə konpensasiya veriləcək

Azərbaycan beynəlxalq təşkilata 1,7 milyon manat üzvlük haqqı ödəyəcək

Bakı aeroportuna işləyən avtobusların intervalı azaldıldı

Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Azərbaycanda xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq

COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib

Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir

Bu tarixdən bazarda UCUZLAŞMA OLACAQ - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

Xaricdən aldığımız buğdanın qiyməti ucuzlaşıb – Rəqəmlərdə azalma

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq

Gələn ay Bakı Enerji Forumu keçiriləcək

“Bakı Kristal Zalı”na yeni direktor təyin edildi

Xaricdən 40 min ton artıq gübrə almışıq – Qiyməti kəskin ucuzlaşıb

Mərkəzi Bankın yoxlaması ilə "PSG Finans"ın rəhbər şəxsi 10 min cərimələnib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin