BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8199
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1327
22395

Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin icrası defisitlə proqnozlaşdırıldığı halda neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulduğundan artıq olması, idarəetmə gəlirlərindəki müsbət tendensiya, eyni zamanda xərclərin proqnoza nisbətdə az icrası fonunda Fondun büdcəsi profisitlə yekunlaşıb.

Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ində bildirilib

"2021-ci ilin 1 yanvar tarixinə Dövlət Neft Fondunun vəsaiti 73 milyard 488,7 milyon manat və ya 43 milyard 564,3 milyon ABŞ dolları təşkil edib. 2021-ci il ərzində manat ifadəsilə Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 15 milyard 985,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (8 milyard 001,2 milyon manat) 199,8 % səviyyəsində icra edilib.

2021-ci il ərzində ARDNF-in büdcə xərcləri 11 milyard 382,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (12 milyard 249,4 milyon manat) 92,9 % səviyyəsində icra olunub. 2021-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 4 milyard 603 milyon manat və yaxud 2 milyard 707,4 milyon ABŞ dolları məbləğində profisit yaranıb (2020-ci il üzrə 3 milyard 064,5 manat və ya 1 milyard 802,4 milyon ABŞ dolları defisit təşkil edib)", - deyə sənəddə qeyd olunub.

Hesabata əsasən, Neft Fondunun 2021-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 40 ABŞ dolları nəzərdə tutulduğu halda 2021-ci il ərzində xalis mədaxil qiyməti 65,4 ABŞ dolları təşkil edib.

"Xam neftin orta illik xalis mədaxil qiymətinin Fondun büdcəsində nəzərdə tutulmuş illik qiymətə nisbətdə 63,5 % artıq olması, vəsaitlərin idarəedilməsindən gəlirləri proqnoza nisbətdə 332,7 % çox icra edilməsi, eyni zamanda Fondun hesabat ilində büdcədənkənar xərclərinin olması, büdcə xərclərinin isə 7 % az icrası nəticəsində Fondun valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə artmasına şərait yaradıb.

2021-ci il üzrə neftin qiymətinin proqnoza nisbətdə 25,4 ABŞ dolları artıq olması ilə bağlı mənfəət nefti və qazın satışından əlavə olaraq 3 milyard 208,9 milyon ABŞ dolları daxil olub, eyni zamanda Fondun valyuta aktivlərinin idarə edilməsindən proqnoza qarşı əlavə olaraq 1 milyard 486,9 8 milyon ABŞ dolları məbləğində vəsait daxil olub ki, bu da Fondun büdcəsinin profisitlər icrasına və aktivlərin həcmində artıma səbəb olub. Belə ki, 2021-ci ilin 31 dekabr tarixinə Fondun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 1 milyard 460,8 milyon ABŞ dolları və yaxud 3,4 %-ə qədər artaraq 45 milyard 025,1 milyon ABŞ dolları (75 milyard 972,3 milyon manat) təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ukraynada elektrik enerjisi istehsalı qıtlığı nə vaxta qədər hiss olunacaq?

Karqo şirkətlərindən narazı müştərilər üçün yenilik – Bu sistem keyfiyyətə necə təsir edəcək?

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb

Onlar imtahanda maksimum bal topladı (FOTO)

Onlar imtahanda maksimum bal topladı (FOTO)

"Volkswagen"in mənfəəti kəskin şəkildə azalıb

"Çıraq İnşaat"a protokol tərtib edildi

ABŞ Rusiya uranının idxalına qadağa qoymağı nəzərdən keçirir - Bloomberg

Bölgələr xarici turist cəlb etməkdə paytaxt hotellərinə uduzur - Deputat

Gələn ay Şuşaya 20 ailə köçürüləcək - Püşk atıldı

“Azərkosmos”un ixrac gəlirləri 700 min dollar azalıb

I rübdə Azərbaycan qızıl ixracından 18.5 mln dollar gəlir əldə edib

QHT sədri Sosial Xidmətlər Agentliyini məhkəməyə verdi

Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Azərbaycanda COVID-19-a yoluxma, demək olar, yox səviyyəsindədir - RƏSMİ

İmtahan nəticələri açıqlandı - 4 nəfər maksimum bal topladı

İmtahan nəticələri açıqlandı - 4 nəfər maksimum bal topladı

Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı açıqlanıb

G7 ölkələri Rusiya qazından imtina edəcək

Bu il Azərbaycanda fermerlərə dəymiş zərərlər üzrə ödənişlər 2,2 dəfə artıb

Bu ölkədə 7 saatlıq iş günü tətbiq olunacaq

May ayının havası açıqlandı

İsrail və HƏMAS arasında aparılan danışıqlar neftin qiymətini aşağı salıb

Bakı Baş Səhiyyə Mərkəzindən tender müəmması: Ən yüksək qiymət təklifi verən şirkət qalib seçilib

“Eurovision”un təhlükəsizliyi dronlarla qorunacaq

Baş Prokurorluq bu qurumda əməliyyat keçirdi, saxlanılanlar var

Baş Prokurorluq bu qurumda əməliyyat keçirdi, saxlanılanlar var

“E-Şikayət” sistemində karqo üzrə şikayətlərə baxılacaq

Havanı çirkləndirən şadlıq saraylarının siyahısı

Külək güclənəcək, çaylardan sel keçəcək

50 min manata 50 min faiz – Azərbaycanda bank soyğunçuluğu

Azərbaycanda ilk dəfə saç boyalarının istehsalına başlanılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin