Energetika
17.05.2022 / 19:00
Azərbaycan qazın ixracını artırmağa davam edir
21902
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 13 923,1 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,4% çoxdur.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumata görə, qaz nəqlinin 48,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Belə ki, hesabat dövründə bu kəmərlə 6 783,5 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Hesabat dövründə, bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay