Azərbaycanın gündəlik qaz ixracının çoxu Avropanın payına düşür
"Həm enerji təhlükəsizliyi, həm də ekoloji təhlükəsizlik tələblərini nəzərə alan Cənub Qaz Dəhlizi hazırda daha çox ölkələrin enerji təchizatında perspektiv prioritetlərdən biri kimi qəbul edilir və onun inkişafına böyük maraq ifadə edilir".
Energetika Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərin paytaxtı Doha şəhərində keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum – GECF) Nazirlərinin iclasında bildirib.
"Hazırda gündəlik qaz ixracımızın ən çoxu Avropa bazarının payına düşür. Avropalı istehlakçılar gündəlik 27 mln. kubmetrə yaxın Azərbaycan qazı ilə təchiz olunur", - nazir qeyd edib.
Onun sözlərinə görə, istismara veriləndən indiyə kimi Trans-Anadolu kəməri (TANAP) vasitəsi ilə Türkiyəyə 14,8 mlrd. kubmetr, Avropaya isə Trans-Adriatik kəmər (TAP) ilə 9,4 mlrd. kubmetr qaz ixrac edilib.
Həmçinin, Azərbaycanın özünü və tərəfdaşlarını uzun müddət təbii qazla təmin etməsi üçün malik olduğu zəngin potensial barədə də məlumat verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay