23.08.2021 / 19:31
Bu il Bakı və Abşeronda 200 min qaz sayğacı yenilənəcək
17404
2021-ci il ərzində Bakı şəhəri və Abşeron yarımadasında 200.000 ədəd dövlət yoxlama vaxtı çatmış (istismarda 5 il və ya ondan çox müddətə olan), lakin istifadə olunan qaz sayğaclarının əvəzlənməsi nəzərdə tutulub.
Valyuta.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, qaz xəttindən açılmış (əvəzlənmiş) sayğaclar yoxlanılması üçün Metrologiya departamentinə yönləndirilir.
İstismara yararlı qaz sayğacları (xəta həddi norma daxilində olan, zədələnməmiş və s.) təkrar istifadə üçün saxlanılır, yararsızlıq rəyi verilmiş sayğaclar isə utilizasiyaya gedir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay