BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
17396

Alternativ enerjiyə keçid edərkən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yol Xəritəsini hökumətin prioritetlərinə və mandatına uyğun olaraq formalaşdıracaq.

Valyuta.az məlumat verir ki, bu barədə SOCAR-ın 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.

Sənədə əsasən, ilk olaraq SOCAR-ın strukturunda məsul qurum və ya xüsusi təşkilati yanaşma müəyyənləşdiriləcək, paralel olaraq texniki-iqtisadi əsaslandırmanın konsepsiyası, yaşıl texnologiyalar sahəsində işləyən müəssisələr üçün bazar konyunkturası araşdırılacaqdır.

"2021-ci ildən başlayaraq SOCAR təfsilatlı Yol Xəritəsi layihəsini hazırlayaraq hökumətə təqdim edəcəkdir ki, ölkə üzrə hədəf və siyasət çərçivəsi müəyyən edilsin. 2022-ci ildən başlayaraq müvafiq qanunlar qəbul edildikdən sonra SOCAR 2023-cü ildən etibarən yeni texnoloji layihələrin icrasına başlaya bilər", - hesabatda deyilir.

Bildirilir ki, enerji keçidi hədəflərini qarşılamaq üçün qlobal enerji sənayesində bir sıra əsaslı dəyişikliklər edilməyə başlanılır:

"Ətraf mühitə daha az mənfi təsir göstərən və iqlim dəyişikliyinə zəmin yaratmayan, təmiz enerjiyə keçid çərçivəsində enerji sektorunda yeni növ sahələr, məhsullar və bazarlar inkişaf etməkdədir. Uzunmüddətli perspektivdə enerji keçidinə əsas təsiredici amilləri əsasən dörd qrupa bölmək olar – tənzimləmələr, texnologiyalar, makroiqtisadi amillər və istehlakçı münasibətləri. Tənzimləmələr əsasən beynəlxalq qurumlar, və ya dövlət orqanları tərəfindən qoyulan hədəflərə çatmaq üçün ənənəvi enerji mənbələrindən istifadəyə əlavə vergi və rüsumlar qoymasını, alternativ enerjidən və təmiz/yaşıl texnologiyalardan istifadəyə isə güzəştlər etməsini əhatə edir, məsələn, Avropa Birliyinin Yaşıl Sazişi. Texnologiyalar çərçivəsində əsas təsiredici amillər mövcud texnologiyaların xərclərinin azalması və yeni, təmiz texnologiyaların genişlənməsidir”. 

Qeyd edilib ki, makroiqtisadi amillərə gəldikdə isə, bazardakı yer alan tendensiyaları, məsələn, COVID-19 pandemiyasının enerji keçidinə investisiyalarına göstərdiyi təsirləri ilə bağlı məsələlər nəzərdə tutulur: 

“İstehlakçı münasibətlərində isə istehlak seqmentində üstünlüyün ətraf mühitə daha az mənfi təsir göstərən və daha yüksək sosial dəyər yaradan şirkətlərdə olduğunu qeyd etmək olar. SOCAR da bu amilləri diqqətlə izləyərək öz qərarlarını bu amillərə əsasən uyğunlaşdırılmağa çalışır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Məşhur sahibkar cərimələnir

Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir

Prezidentlər Füzuli və Şuşaya səfər edib (YENİLƏNİB)

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

“İrşad Elektroniks” gömrük qaydalarını pozub?

"Bizim Bala Tədris Mərkəzi"nə protokol tərtib olundu

“Kapital Bank” dələduzların 90-dan çox web-saytını, 800-dən çox sosial şəbəkə hesabını bağlatdırıb

Bakıda 4-cü və 5-ci “DİM Dialoqu” keçiriləcək

Rusiyada gözlənilməz şaxtalar fonunda taxıl xeyli bahalaşdı

İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

10 min dollar mayası olan MMC ləğv olunur

Rusiyanın Avropaya ixracında rublun payı tarixi maksimuma yüksəldi

Füzuli və Ağdamın 28 kəndində vətəndaşlara müavinətin ödənilməsi niyə dayandırılıb? - AÇIQLAMA

Qiymətlər bahalaşır - Ənənəvi taksilər geri qayıdır?

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi (FOTO)

Dəniz mənzərəli 6 restoranda səhər yeməyi qiymətləri

Dəniz mənzərəli 6 restoranda səhər yeməyi qiymətləri

İnvestisiya Holdinqinin 186 minlik komandaqurma tədbirləri

Cavanşir körpüsü söküləcək - RƏSMİ

IFC Azərbaycandakı strateji prioritetlərini açıqlayıb

Azərbaycanın kənd təsərrüfatında karbon emissiyasını azaltmaq üçün tələb olunan investisiyaların həcmi açıqlanıb

Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi 3 dəfəyə yaxın artıb

Ağdamın bu kəndi yenidən qurulacaq

Putin Çin investorlarına üstünlüklər və texnoloji bazaya çıxış vəd etdi

Komitə "çörəkpulu"nun kəsilməsi məsələsinə aydınlıq gətirdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin