Ötən ay ölkədə elektrik enerjisi istehsalı kəskin artıb
2021-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2639,03 mln. kVt·st, ixracı 153,5 mln. kVt·st, idxalı 11,2 mln. kVt·st olub.
Bu barədə Valyuta.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 244,2 mln. kVt·st, ixrac 46,0 mln. kVt·st artıb, idxal isə 1,5 mln. kVt·st azalıb.
Cari ilin 7 ayı ərzində isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 498,5 mln. kVt·st artaraq 15845,0 mln kVt·st olub.
Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 395,9 mln. kVt·st artaraq 14754,8 mln kVt·st, SES-lərdə 102,9 mln. kVt·st artaraq 877,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,3 mln. kVt·st azalaraq 212,8 mln. kVt·st olub.
Külək elektrik stansiyalarında 55,4 mln. kVt·st, günəş elektrik stansiyalarında 32,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 125,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay