BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
17156

BP Şərqi Azəri və Qərbi Çıraq platformalarında üçölçülü (3D) vizuallaşdırma texnologiyasının tətbiqinə başlayıb. Bununla şirkət regionda əməliyyatçısı olduğu bütün obyektlərin rəqəmsal modelləşdirilməsinin birinci mərhələsinə start verib.

Valyuta.az xəbər verir ki, bu barədə "BP Azerbaijan" məlumat yayıb.

Məlumatda bildirilir ki, bu yeni texnologiya ölçmə qabiliyyətinə malik yüksək dəqiqlikli təsvirlərdən uzaq məsafədən istifadə etməklə təftiş, planlaşdırma və yoxlama kimi bir sıra mühüm fəaliyyətləri yerinə yetirməyə imkan verir. O, həmçinin virtual rejimdə baxış imkanına malikdir və işçilərin uzaq məsafədən obyektlərə baxış keçirməsinə imkan yaradır. Bu da öz növbəsində bir sıra iş proseslərinin sadələşdirilməsinə, vaxt və xərclərin optimallaşdırılmasına, texniki təhlükəsizliyin təkmilləşdirilməsinə və komandalar arasında daha yaxın əməkdaşlığa şərait yaradır.

Şərqi Azəri platformasının 3D rəqəmsal modeli Xəzərdə BP-nin operatoru olduğu qurğuların bu vaxtadək ilk 3D modelidir. Onun hazırlanması üçün fotoqrammetrik çəkiliş aparılıb, platformanın sferik təsvirlərinin hazırlanması prosesi tamamlanıb və yekun təsvirlər emal edilərək istifadə üçün sistemə yüklənib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov bildirib ki, 3D vizuallaşdırma vasitəsinin tətbiqi layihə üzərində çalışan heyətin möhtəşəm nailiyyətidir və regiondakı əməliyyatları texnologiyaların inkişafı və rəqəmsal transformasiya baxımından qabaqcıl mövqeyə çıxarır: “Bu vasitənin istifadə imkanları çox genişdir. Hazırda bu texnologiya işlərin planlaşdırılması və icrasında daha səmərəli olmağımıza yardım etməklə yanaşı, əməliyyatlarımızın təhlükəsiz şəkildə davam etməsini təmin edir. Gələcəkdə bu yeni texnologiya sahədəki iş yükünü azaltmaqla əməyin təhlükəsizliyinin gücləndirilməsinə daha geniş imkanlar yaradacaq.”

BP 2021-ci ilin sonunadək AÇG yatağındakı bütün dəniz qurğularının 3D vizuallaşdırmasını həyata keçirməyi planlaşdırır və növbəti bir neçə ildə özünün regionda əməliyyatçısı olduğu digər dəniz qurğularında və Səngəçal terminalında da bu rəqəmsal texnologiyani tətbiq etməyi nəzərdə tutur.

3D vizuallaşdırma texnologiyasının tətbiqi çoxmərhələli “Rəqəmsal əkiz” layihəsinin icrasında atılan ilk addımdır. “Rəqəmsal əkiz” obyektin və ya sistemin virtual modelidir və onun bütün istismar müddətini əhatə etməklə və simulyasiya, maşın öyrənməsi və əsaslandırma vasitələrindən istifadə etməklə qərarların qəbul edilməsinə, həmçinin işin məsafədən hazırlanması və icrasına yardım edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin