BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
14818

“Son 3 il ərzində ümumən 260-dan çox kənd yeni qazlaşdırılıb. Bununla yanaşı, həmin dövrdə Bakı şəhərində və regionlarda son 3 il ərzində 90-dan artıq yeni yaşayış massivi qazlaşdırılıb. Qazlaşdırılma nəticəsində təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 207 min artaraq hla-hazırda 2 milyon 300 mini ötüb”.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.

T. Cəfərov bildirib ki, yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərşivəsində 6 min kilometrdən çox müxtəlif diametrli qaz xətləri çəkilib: 

“Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırılma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb. Azərbaycanda qazlaşma səviyyəsi və qazlaşma surəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olub. Kommunal xidmətlərlə bağlı Strateji Yol Xəritəsinə uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdıırlması və bütöv növ qaz itkilərinin azaldılması məqsədilə son 3 ildə ümumən 2 min kilometrdən artıq qaz xətti yenidən qurulub. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətli dərəcədə azalıb, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub”.

O qeyd edib ki, müştəri məmnuniyyətinin təmin olunması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən “ASAN Xidmət” və ASAN kommunal” Mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır.

“Azəriqaz” rəsmisi bildirib ki, əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə İSO 9001 kefiyyətin idarəedilməsi sisteminin tədbiqi uğurla davam etdirilir: 

“Müştərilərdən daxil olan müraciətlərə və çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 çağrı mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir”.

O həmçinin vurğulayıb ki, dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlşadırılması işləri geniş vüsət alıb: 

“Yaxın perspektivə əsas hədəflərimiz “Azəriqaz” tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştəri tələblərinin maksimum təmin olunması, qaz təchizatı şəbəkəsinin müasir standartlara uyğun olaraq modernizasiyası, əməliyyat səmərəliliyin artıran müasir texnika və texnologiyaların tədbiqi, idarəetmə prinsiplərinin təkmilləşdirilməsindən ibarətdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Məşhur sahibkar cərimələnir

Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir

Prezidentlər Füzuli və Şuşaya səfər edib (YENİLƏNİB)

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

“İrşad Elektroniks” gömrük qaydalarını pozub?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin