"Ümid" yatağında ikinci hasilat platforması tikilib istismara veriləcək - SOCAR
“SOCAR bir neçə ildən sonra Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında ikinci hasilat platformasını tikib istismara verməyi planlaşdırır”.
Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, "Ümid-2" saylı platformanın layihələndirmə işləri hazırda davam edir:
"Yatağın şimal qanadının tam miqyaslı işlənməyə cəlb edilməsi üçün "Ümid-2" saylı platformanın layihələndirmə işləri hazırda davam edir. Platformanın bir neçə il sonra tikilib istismara verilməsi nəzərdə tutulur", - İ. Əhmədov qeyd edib.
Qeyd edək lazımdır ki, hazırda "Ümid" yatağında qazın və kondensatın hasilatı "Ümid-1" (üç quyudan) saylı platformadan aparılır.
Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağından 1,09 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 28,2% çoxdur. 2020-ci ildə yataqdan 171 min ton qaz-kondensatı hasil edilib ki, bu da illik ifadədə 22,1% artım deməkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay