BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
11026

Enerji sənayesində geniş fəaliyyət göstərən “Nobel Oil Services” şirkətlər qrupunun Direktorlar Şurasına yeni üzvlər təyin edilib.

“Report”un məlumatlı mənbələrdən əldə etdiyi məlumata görə, qərara əsasən, James (Jim) Cowie (Ceyms (Cim) Koui) və Richard Duff (Riçard Daf) şirkətin Direktorlar Şurasının tərkibinə daxil olublar.

Enerji sektorunda 40 ildən çox zəngin təcrübəyə malik olan C.Koui 20 il ərzində BP şirkətində yüksək vəzifələrdə çalışıb. Son illərdə BP-nin Qlobal Quyu Əməliyyatları üzrə vitse-prezidenti, öncə isə Azərbaycan, Gürcüstan və Türkiyə regionu, eləcə də Böyük Britaniya və Norveç (Şimal Dənizində) quyu əməliyyatları üzrə vitse-prezidenti vəzifələrində işləyib.

R.Daf isə Böyük Britaniya, ABŞ və Yaxın Şərq ölkələrində enerji sənayesində 30 illik iş təcrübəsinə malikdir, həmçinin 17 il ərzində qlobal enerji sənayesində aparıcı mühəndislik şirkətləri sırasında olan Böyük Britaniyanın “Wood Group” şirkətində strateji layihələr üzrə prezident və digər vəzifələrdə çalışıb.

Direktorlar Şurasında əvvəlki illərdə təmsil olunaraq şirkətin fəaliyyətinə töhfə vermiş Eamon Gorman (Eymon Qorman) vəzifəsini tərk edib. Qeyd olunanlar istisna olmaqla, “Nobel Oil Services” şirkətlər qrupunun rəhbərliyinin tərkibi dəyişməz qalır.

"Nobel Oil Services" enerji sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur və “NEQSOL Holding”in tərkibinə daxildir. “Nobel Oil Services” qazma, tikinti və layihə idarəetmə xidmətləri, avadanlıqlara texniki xidmət, təchizat və digər xidmətlər göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin