Energetika
07.04.2021 / 12:24
"Şahdəniz" yatağında texniki problemlər yoxdur - BP
10430
Hazırda "Şahdəniz" qaz-kondensat yatağında texniki problemlər yoxdur.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə "BP Azerbaijan" şirkətindən Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə təbii qaz tədarükünün texniki səbəblərlə əlaqədar azalması barədə suala cavab olaraq bildiriblər.
Qeyd olunub ki, fevralın 22-də "Şahdəniz" yatağında iki platformadan birində texniki problem yaranıb:
"Bu, TANAP vasitəsilə tədarükə təsir göstərib. Həmin qüsur bir neçə saat ərzində aradan qaldırılıb və axın bərpa olunub. Daha sonra axın normal səviyyəsinə qayıdıb və hazırda heç bir texniki problem yoxdur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay