BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
10351

“2020-ci ildə dünya boyu bərpa olunan enerji əsasında rekord həcmdə elektrik stansiyaları inşa olunub”.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) illik hesabatına görə, ötən il 260 giqavat (GW) bərpa olunan enerji yuyumu yaradılıb ki, bu da əvvəlki rekorda nisbətən 50 faizdən çoxdur. Həmin həcmin 136 GW-sı Çinin payına düşür. 

Bütövlükdə, 2019-cu ildə tikilən yeni elektrik stansiyalarının 73 faizi, 2020-ci ildə isə 82 faizi bərpa olunan enerji mənbələri, daha çox külək və günəş enerjisinə əsaslanan qurğuların payına düşüb.

“Çətin dövrə baxmayaraq, əvvəlcədən bildirdiyimiz kimi, 2020-ci il bərpa olunan enerji onilliyinin başlamasına işarə verir. Qiymətlər azalır, təmiz texnologiyalar bazarlarında artım var, enerji əvəzləməsinin faydaları heç vaxt bu qədər aşkar olmayıb. Bu trendin qarşısıalınmazdır, amma bizim “Dünya Enerji Keçidi İcmalı”mızda qeyd olunduğu kimi, bunun icrası nəhəng vəsaitlərə başa gələcək. 2050-ci il hədəflərinə çatmaq istəyiriksə, 1,5 dərəcəlik isinmə hesabatımızda göstərildiyi kimi, tutarlı şəkildə planlaşdırdığımız enerji sərmayələri bu keçidi dəstəkləyəcək şəkildə yeni istiqamətə yönəlməlidir”, – İRENA baş direktoru Françesko la Kamera qeyd edib.

Hesabata görə, ötən il yeni enerji tutumlarında 10,3 faiz artım qeydə alınıb: “2020-ci ilin sonunda dünya üzrə bərpa olunan enerji qurğularının gücü 2.799 GW-dək artıb, hərçənd su və külək qurğularının sürətlə çoxalmasına baxmayaraq su elektrik stansiyalar hələ də 1211 GW ilə üstünlüyünü qoruyur”.

Ötən il günəş enerjisi qurğularının 127 GW, külək enerjisi qurğularının isə 111 GW təşkil etdiyi bildirilir. Hesabat dövründə ən çox artan bərpa olunan enerji bazarları Çin və ABŞ-dır.

Dünyanın ən böyük bərpa olunan enerji bazarı olan Çində ötən il 72 GW külək və 49 GW günəş enerjisi qurğuları inşa olunub. ABŞ-da isə bütövlükdə 29 GW (15 günəş, 14 külək) bərpa olunan enerji qurğuları inşa olunub ki, bu da əvvəlki ilə nisbətən 80 faizədək çoxdur.

Bərpa olunan enerjidə ən sürətli artım göstəricisi isə 18,4 faizlə Okeaniya regionuna məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin