BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62545

Yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Qeyd edək ki, budəfəki seçkidə bələdiyyələrin sayı 2 dəfədən çox azaldılıb. Səsvermə 685 bələdiyyə üzrə olacaq.

Yeni formalaşan bələdiyyələr əvvəlki bələdiyyələrin borclarını da üzərinə götürmüş olacaq. Onların borcunu kim ödəyəcək?

Modern.az mövzu ilə bağlı "Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli ilə həmsöhbət olub. 

Onun sözlərinə görə, bu gün ölkədə 685 bələdiyyənin formalaşdırılması nəzərdə tutulur:

“Yəni 1606 bələdiyyənin əvəzinə 685 bələdiyyə formalaşdırılacaq. Sözsüz ki, proses başa çatdıqdan sonra birləşdirmə komissiyaları formalaşdırılacaq. Bu komissiyalar bələdiyyələrdəki problemlərin, borcların, torpaq məsələlərinin qanuni şəkildə yoluna qoyulması ilə bağlı ciddi addımlar atacaq. Bu gün Azərbaycanda 1000-ə yaxın bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna 6 milyon manat ətrafında borcu var. Nəzərə alaq ki, burada əməkhaqqı borcu olan müəyyən bələdiyyələr də var. Əməkhaqqı borcları və digər borclar birləşdirmə nəticəsində formalaşacaq bələdiyyənin üzərinə düşür. Sözsüz ki, yeni yaranacaq bələdiyyənin bunun öhdəsindən gəlmək imkanı yoxdur. Çünki ilin əvvəlidir, müəyyən vergilərin yığılması və digər çətinliklər buna maneə olur. Nəticədə yeni yaranacaq 685 bələdiyyəni borclarla yüklədiyimiz üçün problemlərlə üz-üzə qoyuruq”.

V.Tofiqli bildirib ki, bu borcların silinməsi üçün müəyyən təkliflər hazırlanıb:

“Güman edirəm ki, bu borclarla bağlı dövlət müəyyən güzəştlər tətbiq edə bilər. Düşünürəm ki, dövlət tərəfindən də bununla bağlı müəyyən addımlar ata bilər. Arzu edərdim ki, yeni formalaşacaq bələdiyyələr borcsuz yaransın. Borclu şəkildə fəaliyyətə başlasalar bələdiyyələr kifayət qədər problemlə üz-üzə qalacaqlar. Növbəti proseslərdə hərhansı vətəndaşın problemi vaxtında həll edilməyə, qaldırılan məsələlərdə ləngimələr ola bilər. Bunların olmaması üçün güman edirəm ki, dövlət də öz tərəfindən hansısa güzəştlərin tətbiqini həyata keçirə bilər. Digər xırda məsələlər də var ki, onlar da formalaşdırmadan sonra yoluna qoyulacaq. Artıq bələdiyyələr üçün yeni dövr başlayır, birləşdirmə dövlətin bələdiyyələrə olan diqqəti və atılacaq addımların ilkidir. Düşünürəm ki, bundan sonra da addımlar atılmalıdır ki, bələdiyyə sistemi müəyyən inkişaf səviyyəsinə çatsın. Bələdiyyələr əhalinin inam və nüfuzunu qazanmalıdır, hansı ki, müəyyən bələdiyyələrdə bu var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur kibertəhlüksizlik şirkətinin rəhbəri dünyasını dəyişib - "CNN"

Məşhur kibertəhlüksizlik şirkətinin rəhbəri dünyasını dəyişib - "CNN"

"Goldman Sachs" 2025-ci il üçün qlobal makro proqnozlarını açıqladı

Sabiq məmurun "Meta" macərası: 6 il və böyük gəlirlər

İtaliyada sənaye böhranı: son 68 ilin ən aşağı göstəriciləri - "Bloomberg"

Mis məftil istehsalı 5 dəfədən çox artıb

2025-ci ildə hökumətləri gözləyən böyük iqtisadi suallar - "The Guardian"nın araşdırması

Qəza səbəbləri ilə bağlı ilkin hesabatın açıqlanacağı vaxt bəlli oldu

Qəza səbəbləri ilə bağlı ilkin hesabatın açıqlanacağı vaxt bəlli oldu

"QNB" 2025-ci il proqnozları - "Bloomberg"

ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə çağırış etdi

Bakıdan Varşavaya uçuş ləğv edildi (SƏBƏB)

"Foxconn" IV rüb hesabatını açıqladı - "Nvidia" və "Apple" ilə əməkdaşlıq və rekord gəlir

Bir ildə 56 milyard dollarlıq sərmayə - Süni intellekt üçün uğurlu il

Sabah hava necə olacaq?

İtaliya Azərbaycandan qaz idxalını artırıb - "Eurostat"

Birinci və sonuncu mərtəbədə yerləşən mənzillərə tələbat artıb: Səbəb nədir?

Adına üç şirkət var, amma özünün xəbəri yoxdur (VİDEO)

Aşağı maaş alanların da məvaciblərində artımlar olacaq

Türkiyədə stüardessaların aldıqları maaş - MƏBLƏĞ

Yoxsulları 12 il müşahidə etdilər - İnsanları kasıb edən səbəblər

Top 10 kriptovalyuta reytinqində dəyişiklik - "XRP" və "Solana" yüksəlişdə

Qızıl 2025-ci ildə də gəlirli olacaq? - Analitiklərdən gözləntilər - SƏHƏR OXUSU

Qızıl 2025-ci ildə də gəlirli olacaq? - Analitiklərdən gözləntilər - SƏHƏR OXUSU

"MicroStrategy"nin 2 milyard dollarlıq hədəfi

Azərbaycanda kərpic istehsalı artıb - Rəqəmlər

Azərbaycan təbii qaz təchizatında etibarlı tərəfdaşdır - Aleksandar Vuçiç

Dəniz səviyyəsinin artmasının neft limanları üçün təhlükəsi - "The Guardian"

"Amerikan süni intellekti üçün qızıl fürsət" - "Microsoft"un 80 milyard dollarlıq planı

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Bu ölkə “qızıl vizanı" ləğv edir

Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin