BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7855
  • RUB
    1.6259
  • TRY
    0.0486
  • GBP
    2.1593
61741

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,9 faiz azdır.

Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon dollar ixracın, 18 milyard 771,69 milyon dollar isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 faiz azalıb, idxal isə 18,7 faiz artıb.

Bəs xarici ticarət dövriyyəsinin azalmasının səbəbləri nədir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, xarici ticarət dövriyyəmizi aşağı salan əsas səbəb ixracatımızın azalmasıdır: “İxracımız 22.8 faiz azalıb, idxal isə əksinə 18.7 faiz artıb”. 

Ekspert bildirib ki, ixracımız isə əsas neft sektorunda azalıb:

“Neftin qiyməti və ixrac həcmləri ötən illə müqayisədə aşağı düşüb. “Azəri-Çıraq- Günəşli” yataqlarının verimliliyi getdikcə aşağı düşür. Bundan əlavə neft ixrac rəqəmi aşağı düşür. Ötən ilin qiyməti 100 dollara qədər gəlib çıxırdı, amma bu ilin qiymətləri 80 dolların üstündədir. Neft qiymətləri keçən illə müqayisədə 25 faizə qədər aşağı düşüb. Neft qiymətlərinin də aşağı düşməsi ixracatımızın aşağı düşməsinə gətirib çıxarır. Qazın da qiymətlərində keçən illə müqayisədə kəskin eniş müşahidə olunub”. 

Xalid Kərimlinin sözlərinə görə, ixracımızın 90 faizdən çoxunu əsasən neft-qaz təşkil edir:

“Həm neftin qiymətinin aşağı düşməsi, həm neftin ixracı rəqəmlərinin aşağı düşməsi, eyni zamanda da qazın qiymətinin aşağı düşməsi ümumi ixracın aşağı düşməsinə təsir göstərib”. 

Bu qiymətlərin aşağı düşməsinin büdcəmizə təsirləri haqqında da danışan iqtisadçı bildirib ki, bütün bunların növbəti illərin büdcəsinə təsiri var:

“Amma 2025-ci ilin ilin büdcəsi müəyyənləşəndə bu məsələlər müzakirə olunub. Bu məlumatlar gizli deyil. 2025-ci ilin proqnozları veriləndə neftin, qazın ixracından gələn gəlirin azalması nəzərə alınıb”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gömrük qaydalarını pozan şirkət məhkəmə qarşısında

"Eurofloor"a protokol yazılıb

"Volkswagen" böhrandan çıxmaq istəyir - Anlaşma yaxındır

Kripto oğurluğu rekord səviyyəyə yüksəlib - "Reuters"

Xıdırlı kəndi ilə bağlı 3,3 milyonluq layihə - Qeyri-yaşayış binaları tikiləcək

"All Star" şirkəti gömrük qaydalarını pozub?

"TikTok" sahibi "Apple"a "iPhone" satışlarını yaxşılaşdırmağa kömək edə bilər

"Rail Trans Service" məhkəmə qarşısında

"iPhone" sahibləri Al-a görə cihazların həddindən artıq qızması və boşalmasından şikayətlənir

Çinin "İpək Yolu"nun bərpası üçün xərclədiyi milyardlar - "Bloomberg"

Çinin "İpək Yolu"nun bərpası üçün xərclədiyi milyardlar - "Bloomberg"

Azərbaycan "D-8"ə qəbul edilib

Bu şəxslərə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək

Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb

İlham Əliyev Fərman imzaladı

"Milla" məhkəmə qarşısında

Xarici ticarət dövriyyəsində ixrac azaldı - Səbəb nədir?

Bəhruz Niftəliyevə yeni vəzifə VERİLDİ

9 milyon manatlıq zavod qurulur - 120 daimi iş yaradılacaq

Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verdi

Sürücülər üçün növbəti imtahanın vaxtı açıqlanıb

Səyahət bahalaşır - 2025-ci ildə hansı məşhur ölkələr turizm vergisini qaldıracaq?

Süni intellekt həlləri hazırlayan “SandboxAQ” 300 milyon dollarlıq investisiya alıb

Süni intellekt həlləri hazırlayan “SandboxAQ” 300 milyon dollarlıq investisiya alıb

Ölkədə ən çox maaş alan şəxslərin yeni siyahısı məlum oldu

Azərbaycanda kişilərin ortalama maaşı qadınlardan yüksəkdir

Meyvə-tərəvəz ixracından gəlirlər 628 milyon dollar olub - Rəqəmlərdə azalma

Ötən ay ölkəyə 612 ədəd yük avtomobili gətirilib - Qiymətlər

Milyarder Bill Ekmanın süni zəka sahəsində favoriti: 2025-ci il üçün əsas seçim

Milyarder Bill Ekmanın süni zəka sahəsində favoriti: 2025-ci il üçün əsas seçim

Növbəti valyuta hərracı keçirilib

"Azərinşaatservis" şirkətinə qarşı ittiham

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin