BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7864
  • RUB
    1.6402
  • TRY
    0.0486
  • GBP
    2.1554
61666

Bir neçə gün öncə Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib ki, Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanmasını planlaşdırır.  

Qeyd edək ki, sonuncu dəfə hazırlanan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi dövlət proqramı 2019-2023-cü illəri əhatə etmişdi. 

Növbəti 5 ili əhatə edəcək bu proqramın prioritet istiqamət nə olmalıdır? Ümumiyyətlə, bu dövlət proqramının əsas məqsədi, vəzifələri nədir? Bu proqramın qəbulu niyə bir il ləngidi?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, 2020-ci ildən yeni proqramın qəbulu ilə bağlı müzakirələr var idi:

“İşğaldan azad edilən torpaqlarda quruculuq işləri, bunun da ayrıca bir proqram kimi regionların inkişaf proqramına daxil edilməsi və yaxud işğaldan azad edilmiş hər bir rayonla bağlı ayrıca bir proqramın qəbul edilməsi məsələsi gündəmə gəldi deyə, görünür, bu proqramın qəbulu ləngidi. 

Ekspert deyir ki, regionların inkişafı ilə bağlı bu günə qədər qəbul olunmuş proqramlarda ölçülə bilən kriteriyaların əvvəlcədən qoyulmaması doğru deyil:

“Məsələn, bu proqram yerinə yetirildikdən sonra regionların büdcənin formalaşmasında, ixracatda, iş yerlərinin yaradılmasında payı neçə faiz olacaq və s. ilə bağlı meyar qəbul edilməli idi. Bu kriteriyalar qoyulmadı, proqram ümumiləşdirilmiş sözlərdən ibarət oldu”. 

Ötən dövr ərzində bu proqram regionların sosial-iqtisadi vəziyyətinə necə təsir etdi, sualına cavab olaraq iqtisadçı bildirib ki, əsasən infrastruktur layihələri yerinə yetirildi və kifayət qədər irəliləyiş oldu:

“Regionlarda elektrik enerjisi, yollar, qazla təminat kimi məsələlələ bağlı problemlər hələ də qalsa da, böyük ölçüdə məsələ həll olundu. Amma hələ də regionların son 20 ildə büdcənin formalaşmasında, xarici ticarətdə faiz nisbətində payı artmayıb. Mütləq rəqəmlərdə artım olsa da, faiz nisbətində payı artmayıb. Bu isə o deməkdir hələ də regionlardan Bakıya, Abşerona köç davam edir. İş yerlərinin yaradılması, regionlarda iqtisadi aktivliyin artırılması ilə bağlı hələ də problemlər mövcuddur”.

Natiq Cəfərli qeyd edib ki, yeni proqram qəbul ediləcəksə, hökumət qarşısına bununla bağlı ölçülə bilən məqsəd qoymalıdır:

“Bizim isə cəmiyyət olaraq onu rəqəmlərlə ölçə bilmək qabiliyyətimiz olmalıdır. Əgər bu proqram 2025-ci ildə qəbul ediləcəksə, 2030-cu ildə büdcənin formalaşmasında regionların payı, xarici ticarəti, yeni iş yerlərinin yaradılması ilə bağlı göstəricilər indiki faiz nisbəti ilə açıqlanmalıdır. Ən azından bu 3 kriteriya olmasa, proqram yenə ümumi sözlərdən ibarət olacaq ki, bu da ciddi bir effekt verməyəcək. Ona görə də həmin məlumatlar ictimaiyyətə açıq olmalı, kifayət qədər ciddi müzakirə edilməlidir”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Cari əməliyyatlar üzrə mənfi saldo: ABŞ iqtisadiyyatı üçün yeni rekord - "Bloomberg"

Cari əməliyyatlar üzrə mənfi saldo: ABŞ iqtisadiyyatı üçün yeni rekord - "Bloomberg"

"Bank BTB" məhkəməlik oldu

“MilliKart”ın nizamnamə kapitalı azaldılır

Xaricə satdığımız elektrik enerjisi 45% ucuzlaşıb - Gəlirdə 300 milyona yaxın azalma

Azərbaycanda bu qurum ləğv edildi

"Uni Ko" inzibati məsuliyyətə cəlb edilib

Əhali elektrik malları və mebel alışına 2,6 milyard manat xərcləyib - 156 milyonluq artım

Regionların inkişafı ilə bağlı yeni dövlət proqramında nələr əks olunmalıdır?

Naxçıvanda 1,7 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb

2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək

Məhşur klub "Qarabağ"ın futbolçusuna 2 milyon avro təklif edir

Kənd təsərrüfatı heyvanlarının sığorta tarifləri azaldılıb

Agentliklə fermer təsərrüfatı arasında lizinq mübahisəsi

Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar

Quru sərhədləri açılsa, Bakı-Tbilisi-Bakı reysi bərpa ediləcək

Sumqayıt şəhəri və Saray qəsəbəsini birləşdirəcək dəmiryol xətti və körpünün tikintisi üçün vəsait ayrılıb

Mənzilin kirayəsinə görə vergini kim ödəməlidir?

Banka getdi, sualına cavab vermədilər - "VTB Bank"dan narazılıq

“Azərsu” rəhbərliyinin illik qazancı məlum olub

“Azərsu” rəhbərliyinin illik qazancı məlum olub

"Honda" və "Nissan" birləşmək barədə danışıqlar aparır

Rəhbərin psixoloji durumu iş və işçilər üçün önəmlidir

Rəhbərin psixoloji durumu iş və işçilər üçün önəmlidir

Azərbaycanda turistlər üçün sərfəli avtomobil kirayəsi: “Get Rent a Car”

Azərbaycanda turistlər üçün sərfəli avtomobil kirayəsi: “Get Rent a Car”

Kirayə pulu ödəyərək sonradan mənzilə necə sahib olmaq olar?

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Sabahın hava proqnozu

Qışda Azərbaycanda havanın orta temperaturu necə olacaq?

DSX-dan 1,5 milyon manatlıq 7 yeni tender elanı - Cədvəl

Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozunu açıqladı

Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozunu açıqladı

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü sökülür

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin