BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.859
  • 1 Rusiya rublu
    0.0176
  • 1 Türkiyə lirəsi
    0.0496
  • 1 İngiltərə funt sterlinqi
    2.2184
56986

Təhsilverənlərin Sertifikatlaşdırma prosesi Azərbaycanda müəllimlərin peşəkar inkişafını və təhsilin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biridir. İngilis dili və riyaziyyat fənləri üzrə proses artıq yekunlaşmaq üzrədir və bu prosesin gələcəyə və qısa müddət ərzində təsirləri artıq müşahidə olunmaqdadır. Sertifikatlaşdırma prosesinin verdiyi imkanlar və çətinlikləri bir arada təhlil etmək, təhsildə inkişafı sürətləndirmək üçün hansı addımların atılmalı olduğunu göstərir.

Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib.

O qeyd edib ki, sertifikatlaşdırma prosesinin müsbət təsirləri qısa müddətdə hiss olunmağa başlayıb:

"İlk olaraq, müəllimlərin peşəkarlıq səviyyəsinin artması prosesin ən mühüm nailiyyətlərindən biridir. Müəllimlər öz üzərində daha çox işləyərək, yeni təlim strategiyaları öyrənmiş və bunları pedagoji prosesdə tətbiq etməyə başlamışlar. Bu, dərs metodlarının müasirləşdirilməsi və şagirdlərin daha effektiv öyrənmə imkanlarının təmin edilməsi baxımından önəmlidir. Eyni zamanda, differensial əməkhaqqı sistemi ilə müəllimlərin peşəkarlığına uyğun mükafatlandırılması, onların motivasiyasını artırmışdır. Bu təşəbbüs akademik biliklərin möhkəmləndirilməsi ilə yanaşı, müəllimlər arasında həmkardan-həmkara dəstək, qrupda ünsiyyət və kommunikasiya bacarıqlarının inkişafına da səbəb olmuşdur.

Müəllimlərin özlərini daha yaxşı təqdim etmə bacarıqları inkişaf etmiş və onlar artıq daha çox axtarış, mütaliə, müqayisə, müzakirə kimi bacarıqları gündəlik fəaliyyətlərində istifadə etməyə başlamışlar. Bu proses zamanı müəllimlərin müsahibə mərhələsində özlərini şagirdin yerində görmələri, dərslərin şagirdlər üçün nə dərəcədə anlaşılan və effektiv olduğunu daha yaxşı dərk etmələrinə kömək edir. Nəticə etibarilə, bu təcrübələr şagirdlərə daha yaxşı dərs keçməklə, onların nailiyyətlərini artırmaqda mühüm rol oynaya bilər. Gözlənilir ki, bu təsirlərin nəticələri sertifikatlaşdırmanın aparıldığı fənnlər üzrə şagird nailiyyətlərində 4-5 il ərzində özünü göstərəcək.

Bütün bu müsbət tərəflərə baxmayaraq, bəzi çətinliklər hələ də mövcuddur. Müəllimlərin İKT (İnformasiya-Kommunikasiya Texnologiyaları) bacarıqları kifayət qədər yüksək səviyyədə deyil. ARTİ (Azərbaycan Respublikası Təhsil İnstitutu) tərəfindən müxtəlif təlimlər keçirilsə də, bu bacarıqların praktiki istifadəsində hələ də problemlər mövcuddur. Müasir tədris prosesində rəqəmsal alətlərin və texnologiyanın rolu artdıqca, müəllimlərin bu sahədəki çatışmazlıqları təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər".

Ekspert vurğulayıb ki, müəllimlərin tədris etdikləri fənnin məktəblərdə tətbiqi vəziyyəti haqqında məlumatsız olmaları da ciddi bir problemdir.

"Bu, onların fənn üzrə dərs proqramını və şagirdlərin hansı mövzularda çətinlik çəkdiyini dərindən anlamalarını çətinləşdirir. Eyni zamanda, IX və XI siniflərin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən imtahanlarındakı nəticələr haqqında məlumatsızlıq, müəllimlərin öz dərslərinin nəticələrini analiz etməkdə çətinlik çəkmələrinə səbəb olur.

Sertifikatlaşdırma prosesi müəllimlərdə hesabat, data təhlili, analiz və qərar vermə bacarıqlarının inkişafına yetərincə töhfə verə bilməmişdir. Bu bacarıqların zəif olması, müəllimlərin tədris prosesini daha elmi və statistik yanaşma ilə təkmilləşdirməsini məhdudlaşdırır. Nəticədə, müəllimlərin uğur göstəricisi kimi yalnız şagirdlərin ali məktəblərə qəbul nisbətlərini əsas götürmələri müşahidə edilir. Bu yanaşma, təhsilin məqsədinin yalnız ali məktəblərə qəbuldan ibarət olmadığını, eyni zamanda şagirdlərin geniş düşüncə tərzinin və yaradıcı bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu gözardı edir.

Digər bir məqam isə vətənpərvərlik mövzularında müəllimlərin tez-tez qazi və şəhid məzunlarını vurğulamasıdır. Bu, cəmiyyətin qəhrəmanlarına olan dərin hörməti ifadə etsə də, təhsil sisteminin vətəndaşlıq, etik dəyərlər və tənqidi düşüncə bacarıqlarının inkişafına daha geniş baxış bucağı ilə yanaşmasının vacibliyini göstərir.

Nəticə olaraq, Təhsilverənlərin Sertifikatlaşdırma prosesi Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin daha yaxşı təhsil alması üçün əhəmiyyətli bir addımdır. Lakin bu prosesin tam səmərəli olması üçün İKT bacarıqlarının inkişaf etdirilməsi, fənnin tətbiqi ilə bağlı məlumatlılığın artırılması və müəllimlərin daha dərin analitik bacarıqlara sahib olmaları vacibdir. Müəllimlər yalnız dərs keçməklə kifayətlənməməli, eyni zamanda təhsil sahəsində davamlı öyrənmə və yeniliklərə açıq olmalıdırlar. Bu istiqamətdə atılacaq addımlar, sertifikatlaşdırma prosesinin uzunmüddətli müsbət təsirlərini daha da gücləndirəcək və Azərbaycanın təhsil sisteminin inkişafına mühüm töhfə verəcəkdir", - Kamran Əsədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" şirkəti ABŞ hüdudlarından kənarda ən böyük laboratoriyasını açdı

İki qurum arasında milyonluq sövdələşmə

Daha bir şirkət yüksək ödənişlər səbəbindən Almaniyada uçuşları ləğv edir

AB Çinin ticarət siyasətinin dəyişəcəyinə ümid edir ki, ədalətli rəqabət olsun

"Stp Global Cable"ə protokol tətbiq edilib

Moskva məhkəməsi "Discord"u LGBT təbliğatına görə 3,5 milyon rubl cərimələdi

"Azərdəri" inzibati məsuliyyətə cəlb edilib - 12 500 manatlıq cərimə təhlükəsi

AQTİ-nin laboratoriyalarında 274 min manatlıq cari təmir

ABŞ-ın Avropaya qaz gəlirləri son üç ilin minimum səviyyəsinə düşüb

Parlamentdə bu deputatlara yeni vəzifələr verildi (SİYAHI)

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib ®

"Azkaustik" məhkəmə qarşısında

İnnovasiya və texnologiyanın birləşdiyi “INMerge” İnnovasiya Sammiti davam edir®

Özbəkistan startaplarının Azərbaycan bazarına marağı artır

Vergi ödəyicilərinin sayı 5,9 faiz artıb

Maliyyə Nazirliyinin şöbə müdiri vəzifəsindən ayrılıb

“Yelo Bank” “kiçilib” - Aktivlərində 388 milyon manatdan çox azalma

“Yelo Bank” “kiçilib” - Aktivlərində 388 milyon manatdan çox azalma

Bazarın iki böyük iştirakçısı çox sayda “Bitcoin” aldı

Kapital Bank-ın dollar istiqrazlarının 2-ci tranşı filiallarda satışa çıxarıldı®

Pul köçürmələrinə nəzarətin gücləndirilməsi niyə aktuallaşıb? - ŞƏRH

ABŞ-lı milyarderdən “Bitcoin” proqnozu - “100 min dollara çatacaq”

Türkiyə Səfirliyinin Mətbuat müşaviri jurnalistlərlə görüşüb

Bakının içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadə olunacaq

Orxan Mürsəlovun eks-müavininə cinayət işi açıldı

Cənubi Çin dənizində gərginlik artdıqca qlobal ticarət risk altındadır

Bakı-Rusiya, Bakı-Gürcüstan avtomobil yollarında elektron tərəzilər quraşdırılıb

Azərbaycanda 2028-ci ilə qədər su ehtiyatları vahid sistemdən idarə olunacaq

Deputat seçilən gənc vəzifəsindən azad edildi - Yeni təyinat

Tikinti şirkəti icra hakimiyyətini məhkəməyə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin