AB Çinin ticarət siyasətinin dəyişəcəyinə ümid edir ki, ədalətli rəqabət olsun

Redaktor

11.10.2024 19:22
425

AB Çinin ticarət siyasətinin dəyişəcəyinə ümid edir ki, ədalətli rəqabət olsun

Avropa İttifaqı (AB) Çinin "davranışını düzəltməsini" və Brüssel ilə Pekin arasında ticarət gərginliyini azaltmaq üçün addımlar atmasını gözləyir.
 
Valyuta.az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Şarl Mişel Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində Laosda Çin Dövlət Şurasının Baş naziri Li Çian ilə görüşü zamanı deyib.

"Biz ümid edirik ki, Çin davranışını düzəldəcək və ədalətli rəqabət üçün iqtisadi əlaqələrin balansını bərpa etməyin vacib olduğunu anlayacaq", - Mişelin sözlərini Agence France-Presse yayıb.

Avropa İttifaqı 4 oktyabrda Çin elektrik avtomobillərinin idxalına gömrük rüsumlarını artırıb və maksimum dərəcəni 35% səviyyəsində müəyyən edib. Çin bu qərarı proteksionizm aktı kimi qiymətləndirib və Avropa məhsullarına qarşı tədbirlər tətbiq edəcəyini açıqlayıb. Çin Ticarət Nazirliyi 8 oktyabrda bildirib ki, AB-dən olan kənd təsərrüfatı məhsullarına qarşı anti-dempinq və kompensasiya araşdırması aparılır və AB-dən olan böyük mühərrikli avtomobillər üçün idxal rüsumlarının artırılma imkanını nəzərdən keçirir.

Nicat

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...