BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
55221

Təhsil Tələbə Krediti Fonduna (TTKF) məxsus elektron portalda 52 min ətrafında müraciət qeydə alınıb, 40 minə yaxın rəsmiləşmə həyata keçirilib.

Bunu TTKF-in İdarə heyətinin sədri vəzifəsini icra edən Bəhruz Əzimov deyib.

O qeyd edib ki, yeni müraciət dövrü açıq olduğundan bu rəqəm sürətlə dəyişir. Bu semestr üçün daxil olan 6000-ə yaxın müraciətdən 3000-dən çoxuna razılıq verilib. "Proses fevralın sonunadək davam edəcək. 10 mindən çox müraciət və 10 min ətrafında rəsmiləşmə olacağını gözləyirik. Hətta daha çox da ola bilər, çünki hər semestrdə müraciət sayında və rəsmiləşmədə artan dinamikanı müşahidə edirik", - o, nazirliyin rəsmi qəzetinə müsahibəsində vurğulayıb.

Bəhruz Əzimovun sözlərinə görə, təhsil tələbə krediti dövlətin vətəndaşa qayğısının göstəricisidir:

"Fondun yaranmasının başlıca məqsədi əhalinin həssas qruplarının təhsilə çıxış imkanlarını asanlaşdırmaq, hər kəs üçün bərabər imkanlar yaratmaq, təhsilin əhatə dairəsini genişləndirmək, eyni zamanda təhsilin keyfiyyətinə təsir göstərməkdir. Fond uyğun şərtlərlə kredit verir. Kreditdən istifadə dövründə tələbə yaxşı oxuyarsa, çoxlu fayda əldə edir, bir çox güzəştlərdən istifadə etmək imkanı qazanır. Məsələn, tələbənin əldə etmiş olduğu kredit gələcəkdə, geri ödəmə zamanı faizsiz, eyni zamanda standart kredit götürən tələbə “əlaçı” oxuyaraq məbləğin 25 faizinin, sosial kredit alan isə 50 faizinin bağışlanmasına nail ola bilər. Bu şərt təhsil kreditindən yararlanan tələbəni daha yaxşı oxumağa həvəsləndirir. Nəticə etibarı ilə tələbəni öztəhsil göstəricilərini yaxşılaşdırmağa həvəsləndirərək təhsilin də keyfiyyətinə təsir göstəririk".

O qeyd edib ki, tələbələrin dəstək ola biləcəyimiz yataqxana, nəqliyyat, yemək, təlimlər, dərslik kimi xərcləri ola bilər. Sədr əvəzinin sözlərinə görə, ilk müzakirələr yataqxana xərclərinə dəstək vermək məqsədi ilə aparılıb, bir sıra araşdırmalar, təhlillər olub.

"Bunun üçün nə qədər vəsaitin tələb olunması, kreditdən istifadə edəcək tələbələrin xüsusi çəkisi müəyyənləşdirilməlidir. Bununla bağlı yaxın olmasa da, gələcək planlarımız var" - deyə o qeyd edib.//Yenisabah.az
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin